Icma.az
close
up
RU
Nazir gənc kursantların hərbi andiçmə mərasimində Video

Nazir gənc kursantların hərbi andiçmə mərasimində Video

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazir müavinləri və Nazirliyin məsul vəzifəli şəxsləri, FHN yanında İctimai şuranın üzvləri, FHN Akademiyasının müəllim və professor heyəti, kursantları və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə, mərasim iştirakçıları Fövqəladə Hallar Nazirliyinin Akademiyasının həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı təntənəli surətdə meydana gətirilib.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.

Mərasimdə çıxış edən fövqəladə hallar naziri kursantları, məzunları və onların valideynlərini təbrik edib. Nazir təhsilin ölkənin uğurlu inkişafının, iqtisadi tərəqqisinin və gələcəyinin əsasını təşkil etdiyini vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənc nəslin təhsilinə və onların layiqli vətəndaş kimi yetişməsinə xüsusi diqqət yetirdiyini bildirib.

K.Heydərov Ulu Öndərin mütərəqqi siyasətinin layiqli davamçısı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının əhəmiyyətindən söz açıb, dövlət başçısı tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin yüksək ixtisaslı və peşəkar kadr potensialının formalaşdırılmasına əvəzsiz töhfələr verdiyini qeyd edib.

Nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyətini vurğulayıb, görülən kompleks tədbirlər sayəsində ölkədə təhsilin dünya standartları səviyyəsinə qalxdığını, bu xoşməramlı missiyanın millətin işıqlı sabahına xidmət etdiyini bildirib.

Kəmaləddin Heydərov dövlət başçısının diqqət və qayğısı sayəsində Akademiyanın qısa müddətdə müasir maddi-texniki bazaya, peşəkar kadr potensialına və geniş beynəlxalq əlaqələrə malik ali təhsil müəssisəsinə çevrildiyini qeyd edib, yüksək ixtisaslı kadr hazırlığı sahəsində görülən işlərdən və aktual məsələlərə dair həyata keçirilən beynəlxalq layihələrdən danışıb.

Nazir çıxışının sonunda Akademiyaya yeni qəbul olunmuş kursantlara və təhsilini uğurla başa vuraraq zabit rütbəsi ilə Nazirlik sistemində xidmətə başlayacaq məzunlara ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin etibarlı təmin edilməsi, maddi və mədəni sərvətlərin qorunması kimi şərəfli vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıb.

Sonra çıxış edən valideyn İntiqam Abdullayev məzun və kursantları valideynlər adından təbrik edərək uğurlar arzulayıb, Akademiyada yaradılmış yüksək səviyyəli şəraitə görə təşəkkür edib.

Daha sonra mərasim FHN-in müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib.

Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Cavid Talıbov Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib. Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.

FHN-in Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasim başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Oktyabr 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri