Icma.az
close
up
RU
Kəmaləddin Heydərov kursantların hərbi andiçmə mərasimində Video

Kəmaləddin Heydərov kursantların hərbi andiçmə mərasimində Video

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazir müavinləri və nazirliyin məsul vəzifəli şəxsləri, FHN yanında İctimai şuranın üzvləri, FHN Akademiyasının müəllim və professor heyəti, kursantları və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə, mərasim iştirakçıları FHN Akademiyasının həyətində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı təntənəli surətdə meydana gətirilib. Daha sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.

Mərasimdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov kursantları, məzunları və onların valideynlərini təbrik edib. Mərasimin ölkəmiz və xalqımız üçün tarixi əhəmiyyətə malik hadisələrin baş verdiyi dövrə təsadüf etdiyini vurğulayan nazir xatırladıb ki, bu il xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən 44 günlük Vətən müharibəsində qazanılmış misilsiz zəfərin 5 ili tamam olur. Nazir Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı tarixi qələbənin 5-ci ildönümü münasibətilə mərasim iştirakçılarını təbrik edib.

K.Heydərov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edərək, dahi rəhbərin bu istiqamətdə misilsiz fəaliyyətindən danışıb. Diqqətə çatdırıb ki, Heydər Əliyevin mütərəqqi siyasətinin layiqli davamçısı, Prezidenti İlham Əliyev təhsilin daim müasirləşməsi və inkişafına böyük diqqət yetirir, ölkə başçısının təşəbbüsü ilə digər sahələrdə olduğu kimi təhsil sahəsində də uğurlu islahatlar reallaşdırılır. Bu çərçivədə, bu gün kursantlarının hərbi andiçmə və məzunlarının buraxılış mərasiminin keçirildiyi Fövqəladə Hallar Nazirliyinin Akademiyasının məhz cənab Prezidentin imzaladığı müvafiq Sərəncamla yaradıldığını xatırladan nazir, dövlət başçısının diqqət və qayğısı sayəsində Akademiyanın ən müasir maddi-texniki imkanlara, peşəkar kadr potensialına və geniş beynəlxalq əlaqələrə malik təhsil ocağı kimi nüfuz qazandığını qeyd edib.

Nazir Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində yorulmaz fəaliyyətindən danışıb, həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Ali dövlət qayğısı sayəsində Akademiyada yaradılmış şəraitdən bəhrələnərək kursantların dərin biliklərə yiyələnib daha qüdrətli Azərbaycana layiq vətənpərvər və yüksək ixtisaslı zabitlər kimi ləyaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edən nazir, bu şərəfli yolda onlara uğurlar arzulayıb.

Daha sonra mərasim Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib.

Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Əli Əliyev Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib.

Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.








Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri