Gəncədə andiçmə mərasimində izdiham Video
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Gəncə şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətə yeni çağırılan əsgərlərin təntənəli andiçmə mərasimi keçirilib. Vətən qarşısında müqəddəs borclarını yerinə yetirməyə hazır olan gənclərin bu xüsusi günü böyük coşqu ilə müşayiət olunub.
Axar.az Nocomment.az-a istinadən xəbər verir ki, mərasimdə iştirak etmək üçün ölkənin müxtəlif bölgələrindən gələn valideynlər və yaxınların say çoxluğu ərazidə əsl izdihama səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, hərbi hissənin qarşısında toplaşan yüzlərlə vətəndaş əsgərlərin sevincinə şərik olub, bu qürurlu anları telefon yaddaşına köçürüblər.
Mərasim zamanı gənc əsgərlər dövlət bayrağı altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyini qoruyacaqlarına söz veriblər. Rəsmi hissədən sonra valideynlərin övladları ilə görüşü duyğulu anlarla yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 10 May 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















