Nazir gənclik illərindən danışdı: Yarım il neft mədənlərində fəhlə işləmişəm
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gənclər və idman naziri Fərid Qayıbov tələbəlik illərindən sonra ilk işinin Balaxanı neft mədənlərində olduğunu bildirib.
Bakupost.az xəbər verir ki, o, bu haqda ASAN TV-nin “Qeyri-rəsmi” proqramında tanınmış jurnalist Emin Musaviyə danışıb.
İxtisasca iqtisadçı olmasına baxmayaraq, Fərid Qayıbov Balaxanıda ilk olaraq fəhlə kimi çalışmağa başlayıb.
“Mənə dedilər ki, işi başa düşmək üçün lap aşağı vəzifədən başlamalıyam”, deyən nazir Qayıbov 2001-ci ildə yarım il fəhlə kimi çalışdıqdan sonra digər vəzifəyə keçirilib.
Ümumilikdə, onun iş yolunun üç ili Sabunçuda Balaxanı neftçiləri ilə birgə keçib.
Qeyd edək ki, Abşeron yarımadasının ən iri və nadir neft-qaz yatağı “Balaxanı-Sabunçu-Ramana” da hasilat işləri aparan “Balakhani Operating Company LTD”-nin hazırkı işçi heyətinin 15%-ə yaxını gənclərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 14 Avqust 2025 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















