Icma.az
close
up
RU
Ərdoğanın müəllimi məktəb illərindən danışdı: “Lider doğulmuşdu”

Ərdoğanın müəllimi məktəb illərindən danışdı: “Lider doğulmuşdu”

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı məktəb illərində tanıyan sənət tarixi müəllimi Semra Acar onun haqqında yaddaşlarda qalan xatirələrini bölüşüb.

Modern.az xəbər verir ki, Acar 1970-ci illərdə İstanbul İmam Hatip Liseyində dərs dediyi illəri xatırlayaraq Ərdoğanın həmin dövrdən etibarən “lider xarakterli bir gənc” olduğunu bildirib.

Onun sözlərinə görə, Ərdoğan 1965-ci ildə Piyalepaşa İlkokulunu, 1973-cü ildə isə İstanbul İmam Hatip Liseyini bitirib. Müəllimi o dövrü belə təsvir edib:

“İnsan sonradan lider olmur. O, doğulduğu gündən lider idi. Sınıf başqanı idi, bütün müəllimlər onu xüsusi görüblər. Tənəffüslərdə belə idman edirdi. Münazirələrdə daim birinci olurdu. Nitqi əla idi və məktəbə çoxlu kuboklar qazandırdı”.

Semra Acar həmin illərdə Ərdoğana İslam sənət tarixi, Səlcuqlar və Osmanlı dövrü mədəniyyəti kimi mövzuları tədris etdiyini deyir. Onun fikrincə, Prezidentin bu gün də səsləndirdiyi tarixi vurğular lisey dövründə formalaşıb: “Səlcuqlara, Osmanlıya heyranlığını görürsünüz. Demək ki, marağı varmış. Mənim edə bilmədiklərimi o, dövlət başçısı olaraq həyata keçirdi”.

Müəllim Ərdoğanın həm dərslərdə, həm də ictimai fəaliyyətdə fərqləndiyini bildirib: Acar onun fiziki aktivliyini də xüsusi vurğulayıb.

Semra Acar Ərdoğanın müəllimlərinə göstərdiyi hörmətdən də danışıb: “50 il keçsə də bizi unutmur. Öz maşınları ilə götürüb tədbirlərə aparıb, Dolmabahçədə, Adilə Sultan Sarayında dəfələrlə ağırlayıb. Bu, böyük əhdə vəfadır.”

Müəllim hazırda 82 yaşındadır və Prezidentin çıxışlarını izlədiyini, onun üçün daim dua etdiyini deyir:

“Türkiyə bu gün müasir dövlətlərlə yarışır. Dünya liderləri qarşısında çəkinməyən bir Prezidentimiz var. "One minute" ilə başlayan proses bu gün zirvəyə çatdı. Türkiyəyə nüfuz qazandırdı”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Noyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri