Zelenski Trampla yarım saat nə danışdı?
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna liderinin ofisi məlumat yayıb.
Təxminən 30 dəqiqə davam edən danışıq zamanı Zelenski Trampı ad günü münasibətilə təbrik edib.
Liderlər həmçinin Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsini və mümkün sülh nizamlanması perspektivlərini müzakirə ediblər.
Məlumatda yaxın vaxtlarda telefon danışığının nəticələri ilə bağlı əlavə məlumatın açıqlanacağı bildirilib.
Qeyd edək ki, vacib danışıq Trampın Fransada keçiriləcək G7 sammitinə qoşulacağı ərəfədə baş tutub.
Zelenskinin də həmin Zirvədə iştirakı gözlənilir.
Sammitdə Ukraynaya əlavə hərbi dəstəyin təmin olunması və Rusiyanın başlatdığı müharibənin dayandırılması istiqamətində səylərin əsas müzakirə mövzularından biri olacağı qeyd olunur.
Baxış sayı:123
Bu xəbər 14 İyun 2026 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















