Nazir “Maarifçi”lərlə görüşdü Fotolar
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Elm və təhsil naziri Emin Əmrullayev IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, proqram iştirakçılarını salamlayan nazir “Maarifçi” tələbə-məzun proqramının gənclərin elm və təhsil sahəsində həyata keçirilən prosesləri yaxından tanımaları, real iş mühitində praktiki təcrübə qazanmaları və peşəkar inkişaf etmələri baxımından əhəmiyyətini vurğulayıb.
O qeyd edib ki, gənclərin inkişafı yalnız nəzəri biliklərin əldə olunması ilə məhdudlaşmamalı, onların real iş mühitində formalaşan təcrübə və bacarıqları ilə tamamlanmalıdır. Bu baxımdan “Maarifçi” proqramının iştirakçılara həm müxtəlif istiqamətlər üzrə təcrübə qazanmaq, həm də elm və təhsil sahəsində çalışan mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq imkanı yaratdığını bildirib.
Emin Əmrullayev gənclərə proqram müddətində əldə etdikləri bilik və təcrübədən yararlanmağı tövsiyə edib.
Görüşdə “Maarifçi”lərin təhsil sistemi ilə bağlı sualları cavablandırılıb, prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılıb. E.Əmrullayev müasir dövrün tələbləri, dəyişən əmək bazarı, gənclərin gələcək karyera istiqamətlərini düzgün müəyyənləşdirməsi və ixtisas seçiminə məsuliyyətlə yanaşmasının əhəmiyyəti barədə danışıb. Nazir, həmçinin gənclərin elm və təhsil sistemində fəal iştirakı, onların bilik və bacarıqlarının gələcək inkişaf üçün əhəmiyyətini vurğulayıb.
Xatırladaq ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 2024-cü ildən həyata keçirilir. İndiyədək proqramdan 102 gənc məzun olub. IV tələbə-məzun proqramında isə 53 nəfər Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı qazanıb.









Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 27 Avqust 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















