Icma.az
close
up
RU
Nazir Məcnun Məmmədov elmi praktiki konfransda iştirak edib FOTOLAR

Nazir Məcnun Məmmədov elmi praktiki konfransda iştirak edib FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Aqrar islahatlar 30: Nailiyyətlər və perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

"Unikal" xəbər verir ki, konfransda çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov ötən 30 ildə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana hakimiyyəti dövründə, qəbul edilən qərarlar, həyata keçirilən islahat və kompleks tədbirlər planı aqrar sahədə dayanıqlı inkişafın təməl prinsiplərini formalaşdırıb. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən rəhbərliyi nəticəsində bu sahədə atılan addımlar sonrakı illərdə kənd təsərrüfatında davamlı inkişaf üçün etibarlı zəmin yaradıb. Nazir Məcnun Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafının prioritet elan edilməsi, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl olaraq genişləndirilməsi, islahatların dərinləşdirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir. Dövlət başçısının tapşırığına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi aqrar islahatların həyata keçirilməsi məqsədilə genişmiqyaslı tədbirlər görür. Bu tədbirlər bütövlükdə fermerlərin rifahının yaxşılaşdırılmasına və kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Konfransdan sonra nazir Məcnun Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup professor-müəllim heyəti və tələbələrlə görüşüb. Görüş zamanı aqrar təhsilin inkişafı, müasir tələblərə uyğun kadr hazırlığı, elmi tədqiqatların təşviqi və kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqi məsələləri müzakirə olunub. Nazir Məcnun Məmmədov universitetin aqrar sahədə ixtisaslı mütəxəssis hazırlığında roluna toxunub, tələbələrin bilik səviyyəsinin yüksəldilməsi, startap təşəbbüslərinin dəstəklənməsi və beynəlxalq təcrübə proqramlarında iştirak imkanlarının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyini qeyd edib. 

Nazir Məcnun Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kollecinə baş çəkib, kadr hazırlığı prosesinin təşkili ilə maraqlanıb. Bildirilib ki, kollec aqrar sahədə müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə vəzifələrin icrasına imkan verən, nəzəri biliklərə və praktik bacarıqlara yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlayır.

Nazir həmçinin ADAU-nun yenilənmiş mətbəəsi ilə də tanış olub, Biotexnologiya Mərkəzi üçün inşa edilən yeni istixanaya baş çəkib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 May 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri