Icma.az
close
up
RU
Nazir Məcnun Məmmədov COP29da panel müzakirələrdə iştirak etdi FOTOLAR

Nazir Məcnun Məmmədov COP29da panel müzakirələrdə iştirak etdi FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

COP29 çərçivəsində “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə də iqlim dəyişikliyi və iqliməuyğun kənd təsərrüfatının mövzusu xüsusi müzakirəsi davam etdirilir. Beynəlxalq iqlim konfransının səkkizinci günündə “COP-dan COP-a aqrar-qida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələr keçirilib. 

"Unikal" xəbər verir ki, “Mavi zona”da keçirilən tədbirdə qlobal iqlim öhdəlikləri müzakirə olunub. 

“Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirilən panel müzakirənin moderatorluğunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin Direktoru Kaveh Zahedi edib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov beynəlxalq iqlim konfranslarında əldə edilən nailiyyətlərin daha da inkişaf etdirilməsinin mühüm olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü bütün dünyada dayanıqlı aqro-ərzaq sistemlərinin yaradılması üçün səyləri uyğunlaşdırmaq məqsədi daşıyır. “Harmoniya təşəbbüsünün COP28 BƏƏ Bəyannaməsində göstərilən məqsədlərə tam uyğun olduğunu deyən nazir bu təşəbbüsün iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı əməkdaşlığın gücləndirilməsi və əldə edilən nailiyyətlərin inkişaf etdirilməsində mühüm rol oynayacağını vurğulayıb. Bu təşəbbüs daimi birgə fəaliyyətin təməlini qoymaqla daha güclü, iqlimə davamlı qida sistemlərinin mirasının yaradılması prosesinə əhəmiyyətli dəstək verəcək, kənd təsərrüfatının gələcəyini formalaşdıracaq. 

Böyük Britaniyanın Ətraf mühit naziri Mary Creagh, Birləşmiş Ərəb Əmirliklərinin İqlim dəyişikliyi və ətraf mühit naziri Amna Al Dahak, eləcə də “COP-dan COP-a fəaliyyətin sürətləndirilməsi” panel sessiyasında çıxış edən rəsmilər COP konfranslarının iqlim dəyişikliyi ilə mübarizə və onun təsirlərinə uyğunlaşma üçün mühüm sektor kimi aqro-ərzaq sistemlərinə getdikcə daha çox diqqət yetirdiyini, qlobal iqlim öhdəliklərini yerinə yetirməyin vacib olduğunu diqqətə çatdırıblar. 

Bildirilib ki, bu tədbir sinerjiləri müəyyən etməyə, öyrənilən dərsləri bölüşməyə və UNFCCC çərçivəsində qlobal iqlim öhdəliklərinə nail olmaq üçün milli və regional səviyyələrdə sürətləndirilmiş fəaliyyəti təşviq etməyə ximət edəcək. Eyni zamanda, tədbir sektorlar arasında daha güclü əməkdaşlığı inkişaf etdirmək, resursları sadələşdirmək və uzunmüddətli hədəflərə davamlı diqqəti təşviq etmək üçün bir fürsət kimi dəyərləndirilir. 

Panel müzakirələr sual-cavab formatında davam etdirilib. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Noyabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri