Icma.az
close
up
RU
Nazir Məcnun Məmmədov konfransda çıxış edib FOTOLAR

Nazir Məcnun Məmmədov konfransda çıxış edib FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda təşkil olunan II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” çərçivəsində panel müzakirələr keçirilir.

"Unikal" xəbər verir ki, panel müzakirələrdə dövlət qurumlarının nümayəndələri, yerli və xarici ekspertlər, özəl şirkətlərin nümayəndələri, ali təhsil və elmi-tədqiqat müəssisələrinin təmsilçiləri iştirak ediblər.

“Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər” adlı panel müzakirələrdə çıxış edən Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, Azərbaycanın su siyasəti strateji prinsiplərə əsaslanır və qəbul olunmuş Milli Su Strategiyası yaxın onilliklər üçün aydın hədəflər müəyyənləşdirir. Onun sözlərinə görə, Milli Su Strategiyası su ehtiyatlarının ədalətli və rasional idarə edilməsini, infrastrukturun müasirləşdirilməsini, rəqəmsal texnologiyaların tətbiqini, alternativ və dayanıqlı su mənbələrinin inkişafını, həmçinin elm, innovasiya və beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında su ehtiyatlarından səmərəli istifadənin vacibliyinə toxunub. Nazir Məcnun Məmmədov bildirib ki, iqlim dəyişkənliyinin kənd təsərrüfatına mənfi təsirini azaltmaq, su və torpaq resurslarından daha səmərəli istifadə etmək üçün təsərrüfatlarda müasir suvarma sistemlərinin tətbiqi genişləndirilir: “Dövlət tərəfindən müasir suvarma avadanlıqlarının dəyərinin 40 faizi subsidiyalaşdırılır, bu avadanlıqlar əlavə dəyər vergisindən azaddır. Bu ildən isə müasir suvarma sistemləri vasitəsilə suvarma aparılan əkin sahələrinə görə fermerlərə 60 manat əlavə subsidiya ödənilir”.

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev vurğulayıb ki, iqlim dəyişikliyi fonunda su ehtiyatlarından səmərəli istifadə xüsusi əhəmiyyət kəsb edir: “İqlim dəyişikliyi və orta temperaturun artması dünyada olan su resurslarının yığılmasına və istifadəsinə çox böyük təsir göstərir. Bu gün həmin təsirlər buzlaqların əriməsinə, qar ehtiyatlarının azalmasına gətirib çıxarır. Hazırda bütün dünyada bu proses müşahidə olunur. Əfsuslar olsun ki, Azərbaycanda da buzlaqların əriməsini və qar ehtiyatlarının azalmasını müşahidə edirik”. Tədbirdə çıxış edən Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov qeyd edib ki, su resurslarının qorunması və səmərəli istifadəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir: “Ölkəmizdə aparılan genişmiqyaslı islahatlar və layihələr məhz bu məqsədə xidmət edir. Lakin su qıtlığı və iqlim dəyişikliyi kimi çağırışlar yalnız bir ölkənin imkanları ilə həll edilə bilməz. Ona görə də əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslər xüsusi önəm daşıyır. Bu konfrans da məhz belə bir platformadır. Burada səslənən ideyalar və irəli sürülən təkliflər gələcək addımlarımıza istiqamət verəcək”. Panel müzakirələr sual-cavab formatında davam etdirilib, mütəxəssislər su çatışmazlığı problemləri, su idarəçiliyinin səmərəliliyinin artırılması ilə bağlı fikirlərini bölüşüblər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Sentyabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri