Nazir müavini: Aqrar sahədə iqlim dəyişikliklərinə adaptiv sektorun formalaşması sürətləndirilməlidir
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İqlim dəyişikliklərinə adaptiv sektorun formalaşması işlərinin sürətləndirilməsi təmin edilməlidir”.
APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
Nazir müavini bildirib ki, aqrar sektorun inkişafı ilə bağlı strategiyalarda nəzərə alınması vacib hesab edilən bir sıra məqamlar var: "İntensiv və dayanıqlı kənd təsərrüfatı yanaşmasının tətbiqi üçün optimal balansın təmin edilməsi baxımından pestisid və kimyəvi maddələrdən istifadəyə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi təmin edilməlidir. Həmçinin, iqtisadi inkişafa daha çox töhfə verməsi baxımından aqrar sektorda biznes yanaşmasının genişləndirilməsinin əhəmiyyəti getdikcə artır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi də daim diqqətdə saxlanılmalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 23 Aprel 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















