Icma.az
close
up
RU
Aqrar sektorun şah damarı: fermerlər

Aqrar sektorun şah damarı: fermerlər

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Hər gün süfrəmizə gələn çörəkdən tutmuş içdiyimiz südə qədər hər bir məhsul minlərlə fermerin təri və zəhməti bahasına başa gəlir. Bu əməyin fərqində olma və fermerlərin sosial dəyərini anlamaq üçün qeyd olunan Ümumdünya Fermerlər Günü hər il mayın 14-də qeyd olunur. Ümumdünya Fermerlər Gününün əsası Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və beynəlxalq kənd təsərrüfatı təşkilatlarının təşəbbüsləri ilə qoyulub. 14 Mayın xüsusi olaraq Ümumdünya Fermerlər Günü kimi təyin edilməsi ideyası ilk dəfə Hindistanda kənd təsərrüfatına dəstək məqsədilə təşkil edilən silsilə tədbirlərdən sonra gündəmə gəlib.

Ümumdünya Fermerlər Günü fermerlərin kənd təsərrüfatı istehsalındakı rolunu ön plana çıxarmaq və onların qarşılaşdıqları problemlərə diqqəti cəlb etmək üçün beynəlxalq məlumatlandırma günüdür. Kənd təsərrüfatı dünya əhalisinin ərzaq tələbatını ödəməkdən əlavə, iqtisadiyyata töhfə verən, məşğulluq yaradan və mədəni irsi qoruyan mühüm sahədir. Fermerlər bu sektorun onurğa sütununu təşkil edir və torpağı becərməklə, məhsul yetişdirməklə bəşəriyyətin əsas ehtiyaclarını ödəyir. Bir sözlə, fermerlər cəmiyyətin əsas ehtiyaclarını ödəyən gözəgörünməz qəhrəmanlardır, desək, yanılmarıq. Onların səyi, alın təri, zəhməti olmasaydı, süfrələrimizə yemək gəlməz, supermarketlərin rəfləri dolmaz, qida təhlükəsizliyi təmin olunmazdı. Dünya əhalisini qidalandırmaq üçün zəruri qidalar - buğda, düyü, tərəvəz, meyvə və heyvandarlıq məhsulları kimi əsas ehtiyaclar fermerlərin əməyi ilə süfrələrimizə gəlir.

Kənd təsərrüfatı sektoru bu gün dünyanın bir çox ölkəsində iqtisadiyyatın əsasını təşkil edir. Fermerlər kənd təsərrüfatı istehsalı vasitəsilə həm yerli, həm də qlobal iqtisadiyyata töhfə verirlər. Davamlı kənd təsərrüfatı təcrübələri ilə fermerlər torpağın münbitliyini qoruyur, biomüxtəlifliyi dəstəkləyir və iqlim dəyişikliyi ilə mübarizə aparır. Fermerlər ənənəvi əkinçilik üsullarını nəsildən-nəslə ötürməklə mədəni irsi də qoruyurlar. Yerli toxumlar, regional məhsullar və kənd təsərrüfatı festivalları bu mirasın bir hissəsidir.

Bu gün fermerlər çeşidli problemlərdən əziyyət çəkir, bu problemlər də məhsula, məhsuldarlığa təsir edir. O problemlərdən ən başlıcası iqlim faktorudur. Quraqlıqlar, daşqınlar, temperaturun dəyişməsi və qeyri-sabit yağışlar kənd təsərrüfatı istehsalına təhlükə yaradır. Yüksək istehsal xərcləri, aşağı məhsul qiymətləri və bazara çıxış problemləri də fermerlərin gəlirlərinə təsir göstərir. Kiçik fermerlər müasir kənd təsərrüfatı texnologiyalarını əldə etməkdə çətinlik çəkirlər. Düzgün aparılmayan kənd təsərrüfatı üsulları və kimyəvi məhlullardan, güvrələrdən istifadə torpağın münbitliyini azaldır. İstehsal olunan məhsulların bir hissəsi logistika və ya marketinq problemləri səbəbindən istehlakçıya çatmazdan əvvəl israf edilir. Kəndlinin ucuz qiymətə təklif etdiyi məhsul bizim süfrələrimizə çatanadək dəfələrlə bahalanır.

Ümumiyyətlə, iqtisadiyyatdakı digər sahələr kimi aqrar sektorun da bir sıra problemləri var. Məhsuldarlıq, təyinatlı təhsil, kənd təsərrüfatı torpaqlarından düzgün istifadə edilməməsi, torpaq bölgüsü, qeyri-düzgün gübrə istifadəsi, çirklənmə problemləri kimi struktur problemlərlə yanaşı, yanlış kənd təsərrüfatı siyasəti də kənd təsərrüfatı üçün ciddi problemlər yarada bilər. Kənd təsərrüfatı getdikcə daha sərt iqlim şəraiti, torpağın deqradasiyası və qlobal əhalinin davamlı artımı fonunda bir sıra çətinliklə üz-üzədir.

Bu gün kənd təsərrüfatı sahəsində keyfiyyətli toxumlara əlçatanlıq da zəifdir. Daha çox GMO növlərin istehsalı həyata keçirilir ki, bu da qida təhlükəsizliyi məsələsində vacib problemlərə yol açır. İqlim, ekoloji faktorlar səbəbindən fermerlər ənənəvi toxumla bol məhsul əldə edə bilmədiyi üçün GMO toxumlara üz tutmalı olurlar. Gübrədən şüurlu istifadə də yetərli dərəcədə deyil, effektiv suvarma üsulları bütün fermerlər üçün əlçatan olmur. Torpaq eroziyası, əkin dövriyyəsinə laqeyd yanaşma, qeyri-adekvat məhsul anbarları fermerlərin problemlərindən yalnız bir neçəsidir.

Ümumdünya Fermerlər Günü həm də fermerlərə dəstək günüdür. Onlara dəstək ola bilmək üçün siz yerli məhsulların satıldığı bazarlarda və ya yarmarkalarda alış-veriş edə bilərsiniz. Üzvi və ekoloji cəhətdən təmiz məhsulları seçməklə davamlı kənd təsərrüfatına dəstək olun. Fermer tanışlarınızı, qohumlarınızı tanıdın, məhsulunu, əməyini öz səhifələrinizdə paylaşın. Fermerlər kənd təsərrüfatının onurğa sütunudur, onu daim dik tutmaq öz ölkəmizə edə biləcəyimiz ən böyük yaxşılıqdır.

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 May 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see418

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see269

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see267

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see262

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see253

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see250

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see248

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see244

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see243

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see241

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see238

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see237

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see233

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see220

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see217

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see198

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see194

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see188

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see169

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri