Icma.az
close
up
RU
Nazir müavini: Azərbaycan İƏT ə üzv 51 ölkəyə inkişaf dəstəyi göstərib

Nazir müavini: Azərbaycan İƏT ə üzv 51 ölkəyə inkişaf dəstəyi göstərib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 17 iyun, AZƏRTAC

Dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün maliyyə resurslarına çıxışla yanaşı, həmin vəsaitlərdən səmərəli istifadə etməyə imkan verən institusional potensialın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Yüksək Səviyyəli Dialoq: “Yardımdan daha çox potensialın inkişafı” – Dayanıqlılıq və davamlı inkişaf naminə beynəlxalq texniki yardım üzrə AIDA–İİB tərəfdaşlığı” adlı sessiyada çıxışı zamanı deyib.

Y.Rəfiyev bildirib ki, maliyyələşdirmə mühüm rol oynasa da, təkbaşına kifayət etmir.

“Azərbaycan beynəlxalq donor fəaliyyəti çərçivəsində dünyanın 44 ən az inkişaf etmiş ölkəsindən 43-nə, Afrika qitəsinin 54 ölkəsindən 53-nə, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv 57 dövlətdən 51-nə maliyyə, texniki və potensialın artırılması istiqamətində dəstək göstərib. Rəqəmsal transformasiya və institusional potensiala yatırılan investisiyalar xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, dayanıqlılığın gücləndirilməsinə, həmçinin hökumətlərin inkişaf və humanitar çağırışlara cavab vermək imkanlarının artırılmasına əhəmiyyətli töhfə verir. Maliyyəyə çıxış və institusional potensial bir-biri ilə sıx bağlıdır. Bu iki istiqamətin paralel şəkildə gücləndirilməsi daha dayanıqlı və uzunmüddətli inkişaf nəticələrinin əldə olunmasına imkan yaradır”, – deyə o vurğulayıb.

Nazir müavini Azərbaycanın praktiki əməkdaşlığın təşviqi, tərəfdaşlıqların möhkəmləndirilməsi və dayanıqlılıqla davamlı inkişafı dəstəkləyən həllərin irəli aparılması istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Foto - Orxan Kərimov

Video - Mirrəsul Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see453

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see364

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see361

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see356

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see333

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see330

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see320

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see317

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see316

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see312

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see300

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see290

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see285

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see275

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see272

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see263

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see262

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see257

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see255

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see245
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri