Icma.az
close
up
RU
Azərbaycan Türkmənistanda İƏT ə üzv dövlətlərin Davamlı İnkişaf üzrə Birinci Nazirlər Forumunda təmsil olunub

Azərbaycan Türkmənistanda İƏT ə üzv dövlətlərin Davamlı İnkişaf üzrə Birinci Nazirlər Forumunda təmsil olunub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 aprel, AZƏRTAC

Türkmənistanın Arkadağ şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Davamlı İnkişaf üzrə Birinci Nazirlər Forumu keçirilib.

Azərbaycanın Türkmənistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Forumda Azərbaycanı səfir Qismət Gözəlov təmsil edib.

Forumda İranın vitse-prezidenti-Planlaşdırma və Büdcə Məsələləri Təşkilatının rəhbəri, Özbəkistanın və Qazaxıstanın Baş nazirinin müavinləri, Türkmənistanın maliyyə və iqtisadiyyat naziri, Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, Pakistanın planlaşdırma, inkişaf və xüsusi təşəbbüslər üzrə federal naziri, Qırğızıstanın iqtisadiyyat və ticarət nazirinin müavini, Türkiyə Prezident Adminstrasiyasının Strateji və Büdcə Baş İdarəsinin Sektorlar və Dövlət İnvestisiyaları üzrə Baş direktoru, BMT-nin Türkmənistandakı Rezident Əlaqələndiricisi, İƏT-in baş katibi, habelə İƏT-in müxtəlif təsisatlarının rəhbərləri iştirak ediblər.

Forumda əsas diqqət Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi istiqamətində səylərin artırılması, regional əməkdaşlığın gücləndirilməsi, eləcə də iqlim dəyişikliyi, ekologiya, ticarət, enerji, nəqliyyat-kommunikasiya və gender bərabərliyi kimi sahələrdə əməkdaşlıq perspektivlərinin araşdırılmasına yönəlmişdir.

Səfir Q.Gözəlov Forumun açılış mərasimində, eyni zamanda Forum çərçivəsində keçirilən iqlim dəyişikliyi mövzusundakı panel iclasında çıxış edib. Forumun açılış mərasimindəki çıxışı zamanı səfir Azərbaycanın davamlı inkişafa sadiqliyini vurğulayıb, 2030 Gündəliyinin əsas prinsipləri–universallıq, inklüzivlik, insan hüquqları və siyasətlərin uyğunluğu əsasında ölkə səviyyəsində mühüm addımların atıldığını qeyd edib.

Diplomat çıxışında DİM üzrə ölkəmiz tərəfindən 17 məqsəd, 101 hədəf və 144 göstərici üzrə milli adaptasiyanın həyata keçirildiyini, həmçinin 2017–2023-cü illər ərzində 50-yə yaxın milli strategiya və dövlət proqramının DİM ilə uzlaşdırıldığını, xüsusən “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetlər”, “2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası”, “Böyük Qayıdış” Dövlət Proqramının xüsusi önəm daşıdığını vurğulayıb. Azərbaycanın DİM üzrə Dialoqlar təşəbbüsü ilə dövlət qurumları, BMT, özəl sektor və vətəndaş cəmiyyəti arasında platforma qurduğunu bildirib. Səfir COP29-da ölkəmiz tərəfindən irəli sürülmüş 14 təşəbbüs, əldə edilmiş əsas nailliyyətlərdən biri kimi iqlim maliyyəsi hədəfinin müəyyən edilməsini diqqətə çatdırıb, eyni zamanda Azərbaycanın yaşıl enerji gündəliyi və alternativ enerji sahəsində həyata keçirdiyi layihələr barədə iştirakçılara ətraflı məlumat verib. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə, həmçinin qlobal ekoloji sabitliyin təmin edilməsindəki roluna diqqət çəkib.

Forum çərçivəsində keçirilmiş “İqlim dəyişikliyi və ətraf mühitin davamlılığı” panelindəki çıxışında isə səfir, Azərbaycanın yaşıl enerji gündəliyini və alternativ enerji sahəsindəki beynəlxalq əməkdaşlıq mövqeyindən bəhs etdi. Azərbaycanın bərpa olunan enerji potensialı və ölkəmizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən iri yaşıl enerji layihələrinə toxunaraq, regionda və dünyada yaşıl enerji keçid istiqamətində atılan addımlara toxunub. Q. Gözəlov həmçinin COP29 çərçivəsində Mərkəzi Asiya üzrə əldə edilmiş razılaşmalar, CAREC və SPECA çərçivəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyəti barədə məlumat verərək, Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılan əməkdaşlıq əlaqələrindən danışıb. Azərbaycanın təşəbbüsü ilə Qazaxıstan və Özbəkistanla imzalanan bərpa olunan enerji sahəsində strateji tərəfdaşlıq razılaşması və Xəzər dənizi vasitəsilə Avropaya təmiz enerji ötürmək məqsədilə həyata keçiriləcək yaşıl dəhliz barədə məlumat verib. Həmçinin COP29 çərçivəsində Xəzər dənizinin ekoloji və nəqliyyat məsələlərinin də diqqət mərkəzində olduğunu bildirib.

İki gün davam edən tədbirdə iştirakçılar çıxış edərək, Forumun DİM-ə nail olmaq üçün strateji platforma kimi əhəmiyyətini vurğulayıb, regional əməkdaşlığın intensivləşdirilməsinin və İƏT-ə üzv ölkələr arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin zəruriliyini qeyd edib. Eyni zamanda, iqlim dəyişikliyi, ərzaq, enerji təhlükəsizliyi, həmçinin gender bərabərliyi və digər məsələlərin əsas olduğu bildirilərək, strateji çoxtərəfli dialoqun əlaqələndirilməsi və həyata keçirilən tədbirlərin siyasi ardıcıllığı üçün İƏT-dən mümkün istifadə yollarından bəhs edib.

Forum çərçivəsində keçirilən panel iclaslarında “İqlim dəyişikliyi və ətraf mühitin davamlılığı”, “Dayanıqlı maliyyə, iqtisadi inkişaf və maddi təhlükəsizlik”, “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında ailə institutlarının və əhalinin artımının rolu” və “2026–2035: İƏT Baxışı” mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Forumun sonunda “Davamlı inkişaf üzrə birinci İƏT Yüksək Səviyyəli Forumunun yekun sənədi” qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri