Icma.az
close
up
RU
Parlamentari: Azərbaycan İƏT ə üzv ölkələrlə əməkdaşlığın inkişafını daim diqqətdə saxlayır

Parlamentari: Azərbaycan İƏT ə üzv ölkələrlə əməkdaşlığın inkişafını daim diqqətdə saxlayır

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

3–4 iyul 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Davamlı və İqlimə dayanıqlı Gələcək naminə İƏT-in Yeni Baxışı” mövzusuna həsr edilmiş Zirvə görüşündən əvvəl 1 iyul tarixində Ağdamda İƏT Gənclər Forumu, 2 iyulda Laçında İƏT Qadınlar Forumu və 2 iyulda Şuşada 6-cı İƏT Biznes Forumu təşkil edilib.

İƏT-in 17-ci Zirvə görüşünün yekunu olaraq Sədrin Xülasəsi olan Xankəndi Kommunikesi qəbul edilib.

Xankəndi Kommunikesində Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri yüksək qiymətləndirilib.

Kommünikedə bununla yanaşı, Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib.

Zirvə görüşünün mövzusuna uyğun olaraq, İƏT-in gələcək gündəliyində iqtisadi dayanıqlılıq və iqlimə davamlılıq əsas prioritetlər kimi müəyyən edilib.


Milli Məclisin deputatı Aydın Hüseynov Sherg.az-a bildirib ki, işğaldan azad edilmiş Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşünün keçirilməsi tarixi hadisədir. Eyni zamanda bu, ölkəmizin bu qurumla sıx əməkdaşlığının göstəricisidir:


"Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında müəyyənləşdirilən siyasətə uyğun olaraq xarici əlaqələrini genişləndirir. İƏT ilə münasibətlərin dərinləşməsi də bu qəbildəndir. 1964-cü ildə İran, Pakistan və Türkiyətərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq adı ilə yaradılan və 1985-ci ildən etibarən İƏT adlandırılan quruma Azərbaycan 1992-ci ildə üzv olub. İƏT-in 2006-cı ildə 9-cu və 2012-ci ildə 12-ci zirvə toplantılarına da Bakı evsahibliyi edib. Qarabağın mərkəzi şəhəri Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə isə üzv ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın yeni tələblər, yeni çağırışlar çərçivəsində inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verildi. Prezident İlham Əliyevin çıxışı zamanı dediyi kimi, "Azərbaycanda çox müsbət sərmayə iqlimi var". Son 20 il ərzində ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə, biz dünyada ön sıralardayıq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir və İƏT-ə üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir".


Deputat əlavə edib ki, son 22 ildə regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən Azərbaycanın iqtisadi qüdrəti sayəsində xarici siyasətimizdə fəallığımız artıb, dünya ölkələrinə inteqrasiya prosesində yeni-yeni imkanlar əldə etmişik:

"Bəllidir ki, bu uğurlara dövlətmizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticəsində imza atmışıq. Qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafı təmin edən Azərbaycan böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda geniş miqyaslı bərpa-quruculuq layihələrinin icrasına başlayıb. Azərbaycan İƏT-ə üzv ölkələrlə əməkdaşlığın inkişafını daim diqqətdə saxlayır. Prezident İlham Əliyevin bu məsələilə bağlı çıxışlarının birində deyir: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 İyul 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see166

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri