Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Müller yenidən Messinin qarşısına çıxır

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Nazir müavini Sarvan Cəfərov İtaliyada Ümumdünya Ərzaq Forumunda FOTOLAR

Nazir müavini Sarvan Cəfərov İtaliyada Ümumdünya Ərzaq Forumunda FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliyanın paytaxtı Roma şəhərində Ümumdünya Ərzaq Forumu keçirilir. Builki forum BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 80 illik yubileyinə təsadüf edir. Müxtəlif ölkələrdən yüksək səviyyəli rəhbər şəxslərin iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycanı kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

"Unikal" xəbər verir ki, Ümumdünya Ərzaq Forumu çərçivəsində “Aqroərzaq sistemləri vasitəsilə iqlimə cavabın artırılması: Daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı ətraf mühit və daha yaxşı həyat təmin etmək üçün dayanıqlı və davamlı kənd təsərrüfatı sistemləri” mövzusunda yüksək səviyyəli tədbir keçirilib. Tədbirdə çıxış edən nazir müavini Sarvan Cəfərov aqrar sahədə ölkəmizdə aparılan islahatlardan söz açıb, Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib. O innovasiyalar, elm və texnologiyanı davamlı və inklüziv kənd təsərrüfatının inkişafının əsas amilləri adlandırıb, müasir kənd təsərrüfatının rəqəmsal transformasiya və ağıllı texnologiyalar olmadan uğur qazana bilməyəcəyini diqqətə çatdırıb. Sarvan Cəfərov əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatının müasir və rəqəmsal kənd təsərrüfatına çevrilməsi, kənd yerlərinin inkişafı məqsədilə ardıcıl və sistemli tədbirlər görülür, aqrar sahədə dövlət dəstəyi tədbirləri genişləndirilir. Belə ki, ölkəmizdə 2018-ci ildən etibarən E-Agro platforması vasitəsilə xidmətlərin rəqəmsallaşdırılması sürətləndirilib və fermerlərə əsas xidmətlərə rəqəmsal şəkildə daxil olmaq imkanı yaradılıb. Bildirilib ki, ölkəmizdə beynəlxalq tərəfdaşlarla birlikdə artıq 30-dan çox praktik istifadə nümunəsini - bitki sortlarının xəritələndirilməsindən və torpağın monitorinqindən tutmuş məhsul proqnozlaşdırılması və suya qənaətli suvarmaya qədər əhatə edən iki illik rəqəmsal və süni intellekt yol xəritəsi hazırlanır. Bu məlumatlara əsaslanan alətlər fermerlərə daha ağıllı qərarlar qəbul etməyə, dayanıqlılığı gücləndirməyə və qarşıdakı illərdə əhəmiyyətli iqtisadi dəyər yaratmağa kömək edəcək.

Daha sonra forum çərçivəsində “Cənub-Cənub və Üçbucaqlı Əməkdaşlıq: Kənd Ərzaq Sisteminin Transformasiyası üçün Katalizator” mövzusuna həsr olunmuş Nazirlər Dialoqu keçirilib. 18 ölkədən dövlət qurumlarının yüksək səviyyəli rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə çıxış edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyu "Cənub-Cənub və Üçbucaqlı Əməkdaşlığını transformasiya üçün strateji alət” adlandırıb. 

Tədbirdə çıxış edən nazir müavini Sarvan Cəfərov yarandığı vaxtdan indiyədək FAO-nun qlobal ərzaq təhlükəsizliyi, qidalanma və aqro-ərzaq sistemlərinin transformasiyasına mühüm töhfələr verdiyini, ölkəmizin davamlı və inklüziv aqro-ərzaq sistemlərinin yaradılması istiqamətində bütün təşəbbüsləri dəstəklədiyini diqqətə çatdırıb. O, Azərbaycanın FAO-nun “Cənub-Cənub və Üçbucaqlı Əməkdaşlıq” platformaları, daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı ətraf mühit və daha yaxşı həyat prinsiplərinə əsaslanan “Dörd daha yaxşı” təşəbbüsü, eləcə də digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. Nazir müavini qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı, digər beynəlxalq təşkilatlara üzv dövlətlər və cənub ölkələri ilə səmərəli əməkdaşlıq qurub.  

Sarvan Cəfərov forum çərçivəsində keçirilən “Dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün su: keçmiş, indi və gələcək” mövzusuna həsr edilmiş yüksək səviyyəli görüşdə də çıxış edib. Müasir çağırışlar fonunda su və torpaq resurslarının sürətlə artan əhalinin ehtiyaclarını ödəmək üçün həyati əhəmiyyət kəsb etdiyini deyən nazir müavini effektiv su və torpaq idarəçiliyinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Azərbaycan hökumətinin rəqəmsal və ağıllı texnologiyalardan istifadə etməklə kənd təsərrüfatının modernləşdirilməsinə xüsusi önəm verdiyini deyən nazir müavini torpaq və su resurslarından səmərəli istifadəni, ətraf mühit və biomüxtəlifliyin qorunmasını təşviq edən siyasət yürüdüldüyünü və bu istiqamətdə çoxşaxəli dövlət dəstəyinin mövcud olduğunu vurğulayıb. 

Nazir müavini Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, Azərbaycanın uğurla təşkil etdiyi beynəlxalq mötəbər tədbirdə xüsusilə iqlim problemlərinə ən az hazır olan həssas ölkələri dəstəkləmək üçün qlobal iqlim fəaliyyətini yenidən formalaşdıra biləcək mühüm qərarların qəbul edildiyini xatırladıb. 

Ümumdünya Ərzaq Forumu və forum çərçivəsində təşkil olunan tədbirlərdə iqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi, yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması, aqrar sahənin rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi məsələləri müzakirə olunub. Mütəxəssislər torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, su resurslarından səmərəli istifadə, müasir texnologiyaların tətbiqinə əsaslanmaqla iri təsərrüfatlarının yaranması, məhsuldarlığın artırılması, buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, emal sənayesinin inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see200

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see195

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see181

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see157

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see126

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri