Icma.az
close
up
RU
Sarvan Cəfərov nazir təyin oluna bilər

Sarvan Cəfərov nazir təyin oluna bilər

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Yanvarın 26-da kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad olunan Sarvan Cəfərovun daha yüksək posta təyin ediləcəyi gözlənilir.

Bakıvaxtı.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o, hazırda boş olan ekologiya və təbii sərvətlər naziri vəzifəsinə əsas namizəd sayılır.

Mənbə iddia edir ki, Sarvan Cəfərovun işdən çıxarılması da bununla bağlıdır.

Məlumata görə, 40 yaşlı məmur vəzifədə olduğu müddətdə işinin öhdəsindən gələ bilib. Ona görə də onun kənd təsərrüfatı nazirinin müavinliyindən uzaqlaşdırılması işdə yol verdiyi hər hansı nöqsanla bağlı deyil. Bunun iki səbəbi var:

Birinci, Sarvan Cəfərov həmin vəzifəyə hazırda Ali Məhkəmənin sədri olan İnam Kərimov kənd təsərrüfatı naziri işlədiyi dövrdə təyin olunmuşdu. İndi isə nazir Məcnun Məmmədov öz komandasını formalaşdırır. Ona görə də S.Cəfərov işdən çıxarılıb. Onun yerinə nazirin ən yaxın adamlarından biri olan Zaur Əliyev təyinat alıb.

İkincisi və ən əsası S.Cəfərovun artıq bir ildir vakant olan ekologiya və təbii sərvətlər naziri postuna təyin olunmasına razılıq var. Ona görə də nazir müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, o, Ali Məhkəmənin sədri İnam Kərimovun əsas kadrlarından biri sayılır. S.Cəfərovun az qala bütün kariyerası İ.Kərimovla bağlıdır. O, 2012-ci ildən 2023-cü ilədək həm Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, həm də Kənd Təsərrüfatı Nazirliyində İnam Kərimovun köməkçisi, müavini olub.

Xatırladaq ki, Cəfərov Sarvan Elxan oğlu 1985-ci ilin 28 oktyabrında anadan olub.

1992-2003-cü illərdə Bakı şəhərindəki 178 saylı orta məktəbdə təhsil alıb.

2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr təhsili alıb. 2007-2008-ci illərdə hərbi xidmətdə olub.

2008-2010-cu illərdə milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə Bakı Dövlət Universitetində magistr təhsili alıb.

2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi işləyib.

2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.

2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə olunması (MBA) ixtisası üzrə magistr təhsili alıb.

2015-2017-ci illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsili alıb.

2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantı olub.

2018-ci iln aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi olub.

2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib.

2020-ci ilin mart ayından iyul ayına kimi Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.

2020-ci il iyulun 30-da Prezidentin sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

2026-cı il yanvarın 27-də kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.

Evlidir, 3 övladı var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Yanvar 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri