Nazir neft qaz hasilatı və ixracı ilə bağlı göstəriciləri açıqladı Azalma var
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-aprel aylarında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 9,1 milyon ton, ixracı isə 7,8 milyon ton olub.
Yeniavaz.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bu dövrdə 16,7 milyard kubmetr qaz hasil edilib, 8 milyard kubmetr qaz isə ixrac olunub.
Müqayisə üçün bildirək ki, nazirin ötən ilin eyni dövründə açıqladığı məlumatda Azərbaycanda neft-kondensat hasilatının 9,6 milyon ton, ixracın isə 7,9 milyon ton, həmçinin 16,7 milyard kubmetr təbii qaz hasil edildiyi və 8,5 milyard kubmetrinin ixrac olunduğu göstərilib.
Nazirin açıqladığı məlumatlardan belə görünür ki, son bir ildə Azərbaycanda neft hasilatı 5,2%, neft ixracı 1,3% azalıb. Hesabat dövründə qaz hasilatında dəyişiklik olmasa da, təbii qazın ixracında 5,9% azalma olub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Nazir: İran sanksiyalara baxmayaraq neft hasilatı və ixracı artırıb
08 Oktyabr 2025 15:11
Maaşlarla bağlı mühüm gedişat: azalma... Sabiq nazir açıqladı
18 Dekabr 2025 06:03
Qaz hasilatı və ixracı artır
15 Yanvar 2025 22:35
Neft qaz sektorunda 1.8% azalma qeydə alınıb Baş nazir
09 Dekabr 2025 13:24
Qazaxıstanda neft hasilatı və ixracı artıb
17 Dekabr 2025 12:26
Baxış sayı:85
Bu xəbər 13 May 2025 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















