Icma.az
close
up
RU
Nazir: “Qarabağ”ın necə “artırmalı” olduğunu düşünməliyik, çempionatda rəqabət yaranmalıdır

Nazir: “Qarabağ”ın necə “artırmalı” olduğunu düşünməliyik, çempionatda rəqabət yaranmalıdır

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”ın necə “artırmalı” olduğunu da düşünməliyik, çempionatda rəqabət yaranmalıdır.

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, "Qarabağ"ın çıxışına toxunub:

“Qarabağ” son illərin daimi çempionudur. Bu komandaya rəqib olmalıdır ki, inkişaf etsin. “Qarabağ” elə səviyyədədir ki, Avropa da uduzanda təəssüflənirik və “niyə udmadı” deyirik. “Qarabağ”ın necə “artırmalı” olduğunu da düşünməliyik, rəqabət yaranmalıdır. Amma geriyə baxsaq, ilk mərhələni keçə bilmədiyimiz günlər də var idi. Bəli, futbolumuz yaxşı günlər yaşamır, bunu etiraf etmək lazımdır. Burada birgə iş olmalıdır. Nazirlik kimi nə etdiyimizi vurğulamaq istəyərdim. Ötən ilin əvvəllərində “Ulduz” akademiyasını yaratdıq. Bölgələrdən perspektivli uşaqları akademiyaya cəlb edirik. Bakı kəndlərinin birində qalırlar, eyni məktəbə gedirlər və məşq edirlər. Aşağı yaş qruplarından ibarət çempionatlara baxsanız, görərsiniz ki, birinci və ikinci yerlərdə məhz bu akademiyanın komandaları qərarlaşıb. Amma o komandaları beynəlxalq yarışlara yollayanda, məsələn, Rusiyadan olan həmkarları ilə oynayanda böyük fərqlə uduzurlar".

Nazir Azərbaycanda bir neçə beynəlxalq yarış keçirdiklərini söyləyib:

“Azərbaycanda uşaqlar üçün 3-4 beynəlxalq turnir keçirdik. Sonuncu yarış Qubada baş tutdu. Komandalarımız beyəlxalq yarışlara daha çox getməlidirlər. Təəssüflər olsun ki, Qırğızıstanın 15 yaşlı ftbolçulardan ibarət kollektivi gəlib bütün komandalarımızı məğlub etdi. Yəni öyrəndik ki, futbolda Qırğızıstanın 15 yaşlı uşaqları bizimkilərdən üstündür. Həmçinin digər turnirdə Belarusun U-15 komandası qalib gəldi. Yarışdan-yarışa komandalarımızda artım hiss olunur. Görünür ki, təcrübə lazımdır. Ona görə də həmin yaş qrupu üzrə komandalar daim yarışlara getməlidirlər. Bundan sonra Azərbaycanda yetişmiş futbolçular görə bilərik. Son illərdə “Qarabağ”ın yerli futbolçuları - Bəhlul Mustafazadə, Toral Bayramov, Nəriman Axundzadə, Elvin Cəfərquliyev yaxşı səviyyədədir. Məsələn, Elvin Avropanın güclü çempionatlarında oynayacaq səviyyədə futbolçudur. Təcrübə qazandıqca “artırırlar”.

F.Qayıbov stadionların təmir olunmasının vacibliyini qabardıb:

“Futbolda işlərimiz çoxdur. Lakin düşünürəm ki, həm yarışlar keçirməli, həm də aşağı yaş qrupundan ibarət idmançılarımıza şans verməliyik. Uşaq futboluna investisiya qoymalıyıq. Biz artıq bunu etməyə başlamışıq. Təbii ki, idman infrastrukturundan danışmalıyıq. Stadionlar təmir olunmalıdır. Bir çox rayonlarda stadionlar var. Bunu tək edə bilmirik, özəl şirkətlər də dəstək göstərməlidir. Deyək ki, hansısa stadionu təmir etdik. Axı orada komanda da oynamalıdır. Həmçinin sonrakı işlər var. Komandaya baxmaq lazımdır. Artıq II Liqa da var. Nəticə istəyirik. Qonşumuz Gürcüstanı görürük və təəsüflənirik. İstərdik ki, bizim komanda da belə nəticələr əldə etsin. Futbol elə bir mövzudur ki, çox danışmaq olar. Faktlarla danışmalıyıq. Daha çox uşaq futboluna sərmayə yatırmalıyıq ki, milli üçün yüksək səviyyəli futbolçular yetişsin”.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://report.az
archiveBu xəbər 25 Dekabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri