Nazir: Qazaxıstanın “İbrahim sazişi”nə qoşulması sülhə töhfədir
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Astana, 27 yanvar, AZƏRTAC
Son illərdə Qazaxıstan iqtisadiyyatı İsraildən təxminən yarım milyard dollar birbaşa investisiya cəlb edib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev bu məlumatı İsrail xarici işlər naziri Gideon Saar ilə birgə mətbuat konfransında verib.
Qazaxıstanlı nazirin sözlərinə görə, tərəflər davamlı əməkdaşlıq üçün əsas sahələri müəyyən ediblər. İsrail xarici işlər nazirinin səfəri çərçivəsində iki ölkənin biznes icmalarının nümayəndələri ilə biznes-forumu keçirilir və bu, investisiya cəlb etmək, birgə müəssisələrin yaradılması, yeni əməkdaşlıq sahələrinin araşdırılması üçün imkanlar açır.
Koşerbayev qeyd edib ki, Qazaxıstan xarici siyasətində sülhə, dialoqa və praqmatik yanaşmaya üstünlük verir. Astana Yaxın Şərqdəki vəziyyəti narahatlıqla izləyir və regionda sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün konstruktiv səyləri dəstəkləyir. Nazir Qazaxıstanın Fələstin məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq “iki xalq üçün iki dövlət” formulu əsasında həllinə dəstəyini təsdiqləyib.
Xarici işlər naziri xatırladıb ki, ötən ilin noyabr ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Tramp ilə görüşündə Astananın “İbrahim sazişi”nə qoşulmaq qərarını açıqlayıb.
Koşerbayev bildirib: “Qazaxıstan bu sazişə qoşulmaqla regiondakı münaqişələrin aradan qaldırılmasına, dialoqun təşviqinə və BMT Nizamnaməsinə əsaslanan beynəlxalq hüququn dəstəklənməsinə töhfə verir”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 27 Yanvar 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















