Nazir: “SİMA İmza” mobil tətbiqi 5 milyon yüklənməyə çatıb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın rəqəmsal ekosistemində vacib layihələrdən biri olan “SİMA İmza” mobil tətbiqi 5 milyon yüklənməyə çatıb.
"APA-Economics" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşaf Nəbiyev öz sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, bu nailiyyət “SİMA İmza”nın vətəndaşlar, sahibkarlar, hüquqi şəxslər və dövlət qurumları arasında rəqəmsal ünsiyyətin etibarlı və effektiv vasitəsinə çevrildiyini göstərir:
“Hazırda təhsil, səhiyyə, vergi, gömrük, ədliyyə, məşğulluq, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın qurumun xidmətlərində "SİMA İmza" inteqrasiya olunub. Ödənişsiz şəkildə və heç yerə getmədən rəqəmsal imza əldə etmək hər bir vətəndaşımız, xüsusilə də ucqar bölgələrdə yaşayan şəxslər üçün elektron xidmətlərə əlçatanlığı formalaşdırır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 16 Sentyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















