Icma.az
close
up
RU
Nazir: “Tramp Ukraynanı Rusiyaya təslim edə bilməyəcək”

Nazir: “Tramp Ukraynanı Rusiyaya təslim edə bilməyəcək”

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“Avropada çoxları ABŞ-nın yeni administrasiyasının Rusiyaya qarşı kompliment siyasətini İngiltərə və Fransanın Çexoslovakiyanı Hitlerə “təslim etdiyi” 1938-ci il Münhen sazişi ilə müqayisə edir. Ancaq bu, Ukrayna ilə bağlı işləməyəcək, çünki ukraynalılar çexlərdən fərqli olaraq, işğalçıya silahlı müqavimət göstərmək qərarına gəliblər, nəinki döyüşsüz təslim olublar”.
Reyting.az
“Politico” nəşrinə istinadla xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radek Sikorski deyib.
“Ukrayna üçün ən yaxşı təminat torpağı qazmış və Rusiyanın təcavüzünə qarşı qəhrəmancasına müqavimət göstərən bir milyona yaxın ordudur”, - deyə o, Trampın niyə Ukraynanı ruslara “təslim edə” bilməyəcəyini izah edib.
Sikorski vurğulayıb ki, 1938-ci ildə Almaniya, Fransa və Böyük Britaniya Çexoslovakiyaya şərtlər diktə etdi, çünki Çexoslovakiya özü döyüşməyə hazır deyildi və onu dəstəkləyə biləcək müttəfiqləri yox idi. Bu gün isə vəziyyət tamam başqadır.
“Döyüşmək istəyib-istəməyəcəyinə qərar verən Ukraynadır. Ukrayna döyüşür. Məsələn, rusları dənizdə kifayət qədər uğurla məğlub edib və müttəfiqləri var. Biz Avropada demişik ki, nə olursa-olsun, Ukraynanı dəstəkləməyə davam edəcəyik”, - Polşalı nazir vurğulayıb.
Sikorski qeyd edib ki, Ukrayna 2022-ci ilin fevralında müharibə başlayanda hər kəsin təsəvvür edə biləcəyindən daha güclü və dayanıqlı olduğunu sübuta yetirib:
“Ukrayna Rusiya tanklarının çoxunu məhv edib. Keçən il onlar 1,5 milyon pilotsuz uçan aparatı buraxıblar. Bu il isə 4,5 milyon pilotsuz uçan aparatı buraxacaqlar. Əgər üç il əvvəl məndən üç il sonra Ukrayna və Rusiyanın bu müharibədə harda olacağını soruşsaydınız, məncə, heç birimiz Ukraynanın 20 faizini qəbul etməzdik”.
Yeri gəlmişkən, Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov Rusiyanın 2045-ci ilə qədərki strateji planlarını şəxsən gördüyünü iddia edib. Onun sözlərinə görə, orada açıq-aydın yazılıb ki, 2026-cı ilə qədər Ukrayna ilə müharibə bitməsə, Rusiya öz supergüc statusunu qaytara bilməyəcək. Budanov deyib ki, müharibənin bu il bitmə ehtimalı kifayət qədər yüksəkdir. O qeyd edib ki, Rusiyaya “gücünü artırmaq üçün nəfəs sahəsi lazımdır”.
ELÇİN
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 Fevral 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri