Icma.az
close
up
RU
İlham Əhmədov: “Jurnalistika təhsilinin keyfiyyəti yüksəldilməlidir”

İlham Əhmədov: “Jurnalistika təhsilinin keyfiyyəti yüksəldilməlidir”

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Jurnalistika fakültəsinə qəbul üçün xüsusi qabiliyyətin olması təbii haldır. Amma etiraf etməliyik ki, bu günkü gənclərimizin əksəriyyəti yazmaq qabiliyyətini unudub. Repetitor dərslərinə, test tapşırıqlarına yönəliblər. Digər tərəfdən, Təhsil Nazirliyinin özü də bildirib ki, insanların 60 faizi oxuduğu mətni anlamır. Əgər oxuma və anlama vərdişi yoxdursa, deməli, yazmaq da çətindir və bu, ciddi problemdir”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında dosent İlham Əhmədov jurnalistikaya qəbul zamanı qabiliyyət imtahanları barədə danışarkən deyib:

“Tarix fakültəsinə qəbul olunan abituriyentlə jurnalistika fakültəsinə daxil olan tələbənin eyni imtahandan, eyni prosedurlardan keçməsi uğurlu variant sayılmaz. Amma bu sahədə qabiliyyət imtahanı olmalıdırmı, necə keçirilməlidir, hansı formada təşkil olunmalıdır? Bu kimi məsələlər ciddi tədqiqatlarla, elmi araşdırmalarla, statistik əsaslarla müəyyən edilməli və optimal, rasional variant seçilməlidir. Hər hansı bir dəyişiklik edilirsə, təbii ki, bu, əvvəlcədən valideynlərə və abituriyentlərə izah olunmalı, yeni qaydalarla tanışlıq prosesi aparılmalıdır.

Yadıma gəlir ki, bir zamanlar jurnalistika fakültəsinə sənəd verən abituriyentlərin rayon və ya respublika səviyyəsində bir neçə yazısı çıxmış olmalı idi. Doğrudur, o yazıların bəzilərini başqaları yazır, onlara yardım edirdi. Amma elə abituriyentlər də vardı ki, məktəb illərindən artıq öz qələmi ilə yazır, rayon qəzetlərində məqalə, hekayə və publisistik yazılarla çıxış edirdilər. Bu da onların mətbuata yaxınlaşmasını asanlaşdırırdı”.

İlham Əhmədovun fikrincə universitetlərdə tədris prosesinin keyfiyyəti yüksəldilməlidir:

“Əgər biz görürüksə ki, jurnalistika fakültəsinin məzunlarının yazı qabiliyyəti zəifdir, deməli, həmin tələbələrə təhsil aldıqları müddətdə kifayət qədər diqqət yetirilməyib. Bu, həm qəbul meyarlarından, həm tədris prosesindən, həm də ümumi mühitdən asılı olan kompleks məsələdir.

Nəhayət, keçid ballarının yüksəldilməsi məsələsinə gəldikdə isə bu heç kəsdən asılı deyil. Bu, tələb və təklif məsələsidir. Elə illər olur ki, müəyyən ixtisaslara 200-250 balla qəbul olunurlar, digər illərdə isə 450-500 balla belə qəbul mümkünsüz olur”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Avqust 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri