Nazirin qəbulunda dəyişiklik edildi Deputat tənqid etmişdi
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Səhiyyə Nazirliyi vətəndaş qəbulu ilə bağlı müraciətləri elektron qaydada həyata keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, bununla bağlı Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən nazirliyin İntranet portalında “Vətəndaş qəbulu” modulu hazırlanaraq istifadəyə verilib. Modul vasitəsilə hər bir qəbul üzrə vətəndaşın məlumatları, müraciətin məzmunu, aidiyyəti struktur bölmələr, məsul əməkdaş və qəbulun nəticəsi vahid elektron kartda qeydə alınır.
Eyni zamanda rəhbərlik üçün gündəlik, həftəlik, aylıq və digər dövrlər üzrə analitik hesabatların hazırlanması təmin edilir.
Qeyd edək ki, ötən ay deputat Səyyad Aran Milli Məclisin iclasında nazirləri, o cümlədən səhiyyə naziri Teymur Musayevi tənqid edərək onun qəbuluna düşməyin müşkül olduğunu bildirmişdi.
Səhiyyə Nazirliyindən isə deputatın fikirlərinə cavab olaraq qeyd edilmişdi ki, nazirlikdə vətəndaşların qəbulu müəyyən edilmiş qrafik əsasında həyata keçirilir, nazirliyin rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar yerləşdirilir.
Baxış sayı:120
Bu xəbər 13 Oktyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















