Icma.az
close
up
RU
Qara Cümə də Heç Nə Almama Günü

Qara Cümə də Heç Nə Almama Günü

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Noyabrın son cüməsi... Dünyanın bir çox ölkəsində mağazaların vitrinləri dəyişir, onlayn alış-veriş platformaları endirim elanları ilə dolur, insanlar isə daha sərfəli qiymətə məhsul əldə etmək üçün alış-verişə tələsirlər. Bu gün artıq "Qara cümə"- Black Friday adı ilə qlobal istehlak mədəniyyətinin bir hissəsinə çevrilib. Ancaq maraqlıdır ki, məhz bu alış-veriş çılğınlığının yaşandığı günlərdə dünyada tamamilə fərqli bir çağırış da səslənir: heç nə satın almayın!

27 Noyabr Heç Nə Almama Günü(Buy Nothing Day)dür. İlk baxışdan qəribə, hətta bir qədər paradoksal görünən bu təşəbbüs əslində müasir dünyanın ən ciddi problemlərindən birinə-həddindən artıq istehlaka diqqət çəkməyi qarşısına məqsəd qoyub.

Bir gün alış-veriş etməmək nəyi dəyişə bilər?

Bu hərəkat 1992-ci ildə Kanadanın Vankuver şəhərində rəssam Ted Dave tərəfindən başladılıb. Sonradan "Adbusters" jurnalının dəstəyi ilə beynəlxalq maarifləndirmə kampaniyasına çevrilib. Bu gün 60-dan çox ölkədə tanınan təşəbbüs insanları 24 saat ərzində alış-verişdən imtina etməyə, mövcud əşyalarını dəyərləndirməyə və satınalma vərdişlərini yenidən nəzərdən keçirməyə çağırır.

Burada məqsəd insanları ehtiyac duyduqları məhsulları almaqdan məhrum etmək deyil. Əsas mesaj başqadır: biz həqiqətən ehtiyacımız olduğu üçün alırıq, yoxsa endirim yazısını gördüyümüz üçün?

Bəzən istifadə etməyəcəyimiz bir əşyanı yalnız ucuz olduğu üçün alırıq. Dolabımızda kifayət qədər geyim olduğu halda yenisini sifariş edirik. Köhnə telefonumuz işlədiyi halda daha yeni modelə sahib olmaq istəyirik. Bir müddət sonra isə aldığımız məhsulların bir qismi istifadə edilmədən kənara atılır. Beləliklə, alış-veriş ehtiyacdan daha çox vərdişə, bəzən isə rəqabətə çevrilir.

Təbii sərvətlər sonsuz deyil

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının 2024-cü il üzrə Qlobal Resurslar İcmalında göstərilir ki, son 50 ildə dünyada təbii ehtiyatların çıxarılması üç dəfə artıb. Mövcud tendensiyalar davam edərsə, 2060-cı ilədək bu göstəricinin 2020-ci illə müqayisədə daha 60 faiz yüksələ biləcəyi proqnozlaşdırılır. Bu rəqəmlər sadəcə statistik göstərici deyil. Onların arxasında tükənən meşələr, artan su tələbatı, enerji sərfiyyatı, çirklənən ətraf mühit və gələcək nəsillərin resurslara çıxış imkanları dayanır. Çünki aldığımız hər məhsulun öz istehsal tarixi var. Onun hazırlanması üçün xammal çıxarılır, su və elektrik enerjisi sərf olunur, fabriklər işləyir, məhsullar qablaşdırılır və minlərlə kilometr məsafə qət edərək mağazalara çatdırılır. Yəni biz mağazadan bir köynək, telefon və ya məişət əşyası alanda yalnız onun qiymətini ödəmirik. Həmin məhsulun arxasında görünməyən təbii resurs və enerji xərcləri də var.

Alış-veriş bitir, tullantılar qalır

Həddindən artıq istehlakın digər ciddi nəticəsi tullantıların artmasıdır. BMT-nin məlumatlarına görə, dünyada hər il 1,05 milyard tondan çox qida tullantısı yaranır. Elektron tullantıların illik həcmi isə təxminən 65 milyon tona çatır. Üstəlik, elektron tullantıların yalnız dörddə birindən az hissəsi rəsmi şəkildə təkrar emal olunur. Bu o deməkdir ki, hər il milyonlarla ton yararlı və ya təkrar emal edilə bilən material ətraf mühit üçün əlavə yükə çevrilir.

Azərbaycanda da tullantı məsələsi diqqətdən kənarda qalmamalıdır. Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatlarına əsasən, ölkədə il ərzində ümumilikdə 120 milyon ton tullantı yaranıb. Bunun 32,28 milyon tonu bələdiyyələr tərəfindən toplanan tullantıların payına düşüb. Adambaşına gündəlik orta məişət tullantısı göstəricisi isə 1,09 kiloqram olub.

Əlbəttə, ümumi tullantı həcminin hamısını məişət istehlakı ilə əlaqələndirmək düzgün deyil. Bu rəqəmlərə sənaye, mədənçilik, energetika və digər iqtisadi fəaliyyətlərdən yaranan tullantılar da daxildir. Lakin məişət tullantılarının həcmi belə hər birimizin istehlak vərdişlərinə diqqət yetirməsinin vacibliyini göstərir.

Endirim fürsətdir, yoxsa istehlak tələsi?

Qara cümə kampaniyalarının iqtisadi baxımdan müəyyən üstünlükləri var. İnsanlar ehtiyac duyduqları məhsulları daha münasib qiymətə əldə edə, şirkətlər satışlarını artıra, ticarət dövriyyəsi canlana bilər. Ancaq burada bir məqamı unutmamalıyıq: endirim hər zaman qənaət demək deyil. Əgər insan 100 manatlıq ehtiyacı olmayan məhsulu 50 manata alırsa, əslində 50 manat qənaət etmir, 50 manat xərcləyir.

Müasir reklam və marketinq strategiyaları bəzən bizdə məhsulu dərhal almaq ehtiyacı yaradır. "Son fürsət", "yalnız bu gün", "məhdud sayda" kimi ifadələr qərarlarımızı tələsdirir. Nəticədə ehtiyaclarımızla istəklərimiz arasındakı sərhəd aradan qalxır.

Bəlkə də elə buna görə "Heç Nə Almama Günü"nün ən vacib mesajı pul kisəmizdən daha çox düşüncə tərzimizə ünvanlanıb.

Bəs biz nə edə bilərik?

İstehlakı azaltmaq üçün həyatımızı kökündən dəyişməyə ehtiyac yoxdur. Bəzən kiçik qərarlar belə əhəmiyyətli nəticələr verə bilər. Məsələn, alış-verişdən əvvəl həqiqətən nəyə ehtiyacımız olduğunu müəyyənləşdirək, istifadə oluna bilən əşyaları tez-tez yeniləmək əvəzinə onların ömrünü uzatmaq, sıradan çıxan məhsulları imkan daxilində təmir etdimrək, lazımsız qablaşdırmadan və birdəfəlik məhsullardan istifadəyə diqqət etmək, istifadə etmədiyimiz, lakin yararlı vəziyyətdə olan əşyaları başqaları ilə paylaşmaq və qida məhsullarını ehtiyacımıza uyğun almaq və israfçılığa yol verməmək.

Bu yanaşma BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində müəyyənləşdirilmiş 12-ci hədəfə-məsuliyyətli istehsal və istehlaka da uyğundur.

Bəzən almamaq da qazancdır...

Əslində, "Heç Nə Almama Günü" insanlara alış-veriş etməyi qadağan etmir. Bu, daha çox düşünmək, seçim etmək və məsuliyyətli davranmaq çağırışıdır. Bir günlük alış-verişdən imtina etməklə dünyanın ekoloji problemlərinin həll olunacağını düşünmək sadəlövhlük olardı. Çünki bu məsələdə dövlətlərin, istehsalçıların, iri şirkətlərin və istehlakçıların hər birinin üzərinə məsuliyyət düşür.Amma dəyişiklik fərdi seçimlərdən də başlayır. İnsan ehtiyacı olmayan məhsulu almadıqda, yararlı əşyanı tullamadıqda, qida israfına yol vermədikdə ümumi mənzərənin dəyişməsinə öz töhfəsini verir.

Qara cümədə bütün dünya daha çox almağa çağırıldığı halda, "Heç Nə Almama Günü" bizə başqa bir sual ünvanlayır: doğrudanmı xoşbəxt olmaq üçün daha çox əşyaya sahib olmalıyıq? Bəlkə də bu gün ən böyük qazancımız yeni bir məhsul almaq deyil, sahib olduqlarımızın qədrini bilməkdir.

Unutmayaq ki, təbiətin bizə verdiyi sərvətlər endirim kampaniyası deyil ki, sabah yenidən yenilənsin. Bəzən ən ağıllı alış-veriş heç nə almamaqdır.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Noyabr 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri