Icma.az
close
up
RU
Nazirlər Kabinetində Naxçıvan Muxtar Respublikasının 2025ci il büdcə layihəsinin müzakirəsi keçirilib

Nazirlər Kabinetində Naxçıvan Muxtar Respublikasının 2025ci il büdcə layihəsinin müzakirəsi keçirilib

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun sədrliyi ilə muxtar respublikanın 2025-ci il büdcə layihəsinin müzakirəsi ilə bağlı müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə açan Baş nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali-baş komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkə iqtisadiyyatının müxtəlif sahələri ildən-ilə davamlı inkişaf etməkdə, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində mühüm layihələr icra olunmaqdadır. Xüsusilə işğaldan azad olunan regionların bərpası istiqamətində həyata keçirilən layihələrin icrası, o cümlədən iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi istiqamətində görülən tədbirlər mühüm əhəmiyyətə malikdir.

Qeyd olunmuşdur ki, muxtar respublikanın növbəti dövr üzrə sosial-iqtisadi inkişaf proqnozları ətraflı təhlil edilmiş, muxtar respublikanın büdcəsinin gəlir və xərcləri proqnozlaşdırılmış və müvafiq layihə sənədləri hökumətin müzakirəsinə təqdim edilməsi üçün aidiyyəti üzrə hazırlanmışdır. Təsdiq edilmək üçün təqdim olunan büdcə layihəsi muxtar respublikanın iqtisadi inkişafının müvafiq qaydada tənzimlənməsində xüsusi əhəmiyyətə malik olacağı vurğulanmışdır.

Baş nazir hər bir qurumun aidiyyəti üzrə fəaliyyətinin təşkili və muxtar respublika iqtisadiyyatının inkişafına töhfə verməsi üçün layihələrin tərtibatı və icrasında səmərəliliyin nəzərə alınmasının əhəmiyyətini, ən əsası xərclərin zəruri istiqamətlər üzrə müəyyənləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Həsən İsmayılov çıxışında diqqətə çatdırıb ki, 2025-ci il üçün Naxçıvan Muxtar Respublika büdcəsinin gəlirləri 527 959 000 manat məbləğində proqnozlaşdırılır.

Maliyyə naziri büdcə gəlirlərinin əsas formalaşma mənbələrinə dair müvafiq məlumatlar təqdim etmişdir. Belə ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublika büdcəsinin gəlirləri üzrə proqnozun 191 484 000 manatı və ya 36,3 faizi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların payına düşməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 17 469 000 manat və ya 10 faiz çox nəzərdə tutulmuşdur. Gəlirlər üzrə proqnozun 12 000 000 manatı və ya 2,3 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin xətti ilə daxilolmaların payına düşməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 816 manat az nəzərdə tutulmuşdur. 2025-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin mədaxil mənbəsi hesab olunan gəlir və xərclərini tənzimləmək üçün Azərbaycan Respublikası büdcəsindən 320 529 000 manat dotasiya ayrılması nəzərdə tutulur. Dotasiya büdcə gəlirlərinin 60,7 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcə gəlirləri ilə müqayisədə 15 931 000 manat və ya 4,7 faiz az nəzərdə tutulur. Bildirilib ki, layihədə muxtar respublika büdcəsində muxtar respublika yığımlarının xüsusi çəkisi təqribən 40 % həddinə çatdırılmışdır.

Vurğulanıb ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə ayrı-ayrı gəlir növləri üzrə daxilolmalara əsasən fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 46 876 000 manat proqnozlaşdırılır ki, bu da büdcə daxilolmalarının 8,9 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 3 876 000 manat və ya 9 faiz artıq nəzərdə tutulur. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə daxilolmalar 17 000 000 manat nəzərdə tutulur ki, bu da büdcə daxilolmalarının 3,2 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 3 800 000 manat və ya 28,8 faiz artıq nəzərdə tutulur. Əlavə dəyər vergisi üzrə daxilolmalar 60 760 000 manat nəzərdə tutulur ki, bu da büdcə daxilolmalarının 11,5 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 8 260 000 manat və ya 15,7 faiz artıq nəzərdə tutulur. Sadələşdirilmiş vergi üzrə daxilolmalar 5 000 000 manat proqnozlaşdırılır ki, bu da büdcə daxilolmalarının 1 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 500 000 manat və ya 11,1 faiz artıq nəzərdə tutulur. Aksiz vergisi üzrə daxilolmalar 50 488 000 manat nəzərdə tutulur ki, bu da büdcə daxilolmalarının 9,6 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə eyni səviyyədədir. Dövlət rüsumu üzrə daxilolmalar büdcə daxilolmalarının 1,3 faizini təşkil etməklə 7 000 000 manat nəzərdə tutulur ki, bu da 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 573 000 manat və ya 8,9 faiz çoxdur.

Həsən İsmayılov onu da diqqətə çatdırıb ki, 2025-ci ilə Naxçıvan Muxtar Respublika büdcəsinin xərcləri 540 000 000 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 735 000 manat və ya 0,1 faiz çoxdur. 2025-ci il Naxçıvan Muxtar Respublika büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə 463 772 593 manat və ya ümumi xərclərin 85,9 faizi, əsaslı xərclərə 76 227 407 manat və ya ümumi xərclərin 14,1 faizi həcmində vəsait yönəldiləcəkdir. İqtisadi təsnifata uyğun olaraq 2025-ci ilin büdcəsində əməyin ödənişinə 321 738 982 manat və ya xərclərin 59,6 faizi həcmində, malların (işlərin və xidmətlərin) satın alınmasına 66 798 737 manat və ya xərclərin 12,4 faizi həcmində, subsidiyaların ödənilməsinə 21 596 416 manat və ya xərclərin 4 faizi həcmində, qrantlar və digər ödənişlərə 47 934 478 manat və ya xərclərin 8,9 faizi həcmində, sosial ödənişlərə 5 703 980 manat və ya xərclərin 1 faizi həcmində, qeyri-maliyyə aktivlərinin alınmasına 76 227 407 manat və ya xərclərin 14,1 faizi həcmində vəsait proqnozlaşdırılır. 2025-ci il Naxçıvan Muxtar Respublika büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 62,7 faiz səviyyəsində və ya 338 848 765 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 0,5 faiz və ya 1 804 754 manat azdır. Nazir qeyd edib ki, iqtisadi təsnifatın bəzi xərc məddələri, xüsusilə sosialyönümlü xərclər üzrə müvafiq azalma bəzi qurumların təşkilati hüquqi formasının dəyişilməsi ilə əlaqədardır.

Bildirilmişdir ki, 2025-ci il Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsi gəlirlərin və xərclərin optimallaşdırılması, Naxçıvan Muxtar Respublika büdcəsi xərclərinin səmərəliliyinin daha da artırılması, qanunvericilik, hüquq-mühafizə, elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrin infrastrukturunun, maddi texniki bazasının yenilənməsi, habelə Naxçıvan Muxtar Respublika büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların büdcə sifarişləri və gözlənilən büdcə gəlirləri nəzərə alınmaqla hazırlanmışdır.

Müşavirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsini icra edən Abbas İsmayılovun, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra edən Fərid Bağırzadənin çıxışları dinlənilib.

Sonda 2025-ci ilin büdcə layihəsinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə göndərilməsi qərara alınmışdır.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidməti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri