Icma.az
close
up
RU
Nazirlik: 10 ildə Bakı və Şəkidə istilik dalğaları əhəmiyyətli artıb

Nazirlik: 10 ildə Bakı və Şəkidə istilik dalğaları əhəmiyyətli artıb

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstilik dalğaları İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel tərəfindən əsas iqlim risklərindən biri kimi müəyyən olunub.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən "III Milli Şəhərsalma Forumu"nda panel müzakirəsi zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O qeyd edin ki, bütün bu riskləri və çağırışları nəzərə alaraq, adaptasiya şəhərlərin və icmaların dayanıqlığını təmin etmək üçün əsas rol oynayır: “İqlim faktorları ilə bağlı ciddi problemləri nəzərə alaraq, Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edirik ki, ekstremal temperaturun insan sağlamlığına təsirini qiymətləndirək”.

U.Tağıyeva deyib ki, Azərbaycan üçün həssaslıq indeksinin qiymətləndirilməsi hazırlanmış ilkin milli adaptasiya planı çərçivəsində aparılıb:
“Milli adaptasiya planının bir hissəsi Bakıda maksimal hava temperaturu ilə ümumi ölüm halları arasında korrelyasiyadır. İnsan sağlamlığı üçün komfort temperatur ümumiyyətlə 24–28 dərəcə arasındadır. Temperatur 36 dərəcəni aşanda ölüm halları kəskin artır. Erkən xəbərdarlıq bu risklərin azaldılmasında mühüm alətdir. Müşahidə, elmi tədqiqat və müvafiq tədbirlərlə biz iqlim dəyişikliyinin nəticələrini idarə edə bilərik. Mən əminəm ki, erkən xəbərdarlıq effektiv adaptasiya tədbiridir. Çünki adaptasiya abstrakt düşüncə deyil, konkret tədbirlərin hadisədən əvvəl, hadisə zamanı və sonrasında görülməsini tələb edir”.

O qeyd edib ki, Azərbaycanda böyük şəhərlərdə istilik dalğalarının təsirinin qiymətləndirilməsinə xüsusi diqqət ayrılıb: “Burada yalnız iki nümunəni təqdim edirəm: Şəki və Bakı. Son onilliklərdə bu şəhərlərdə istilik dalğaları əhəmiyyətli dərəcədə artıb. Bildiyiniz kimi, bu şəhərlərdə əhali istilik dalğalarına qarşı ən həssas qrupdur”.

U.Tağıyeva deyib ki, Ekologiya Nazirliyi, Coğrafiya İnstitutu və Səhiyyə Nazirliyinin koordinasiyası ilə biz tibbi-meteoroloji proqnoz və xəbərdarlıqlar üçün metodologiya işləyib hazırlanıb: “İsti dövrlərdə bu alətlərin tətbiqi nəticəsində istilik və günvurma diaqnozu ilə təcili yardım çağırışlarının sayı əhəmiyyətli dərəcədə azaldılıb. İsti günlərin sayı artsa da, son onilliklərdə əhalinin xüsusi xəbərdarlıqlar olmadan yaşadığı dövrlərlə müqayisədə təcili yardım çağırışlarının sayı xeyli azalıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri