Nazirlik Arenanı 3 günlük icarəyə götürür 127 min ödəyəcək
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gənclər və İdman Nazirliyi “Milli Gimnastika Arenası” MMC (VÖEN – 1602057861) ilə satınalma müqaviləsi bağlayıb.
Yeniavaz.com xəbər verir ki, nazirlik müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə, nazirlik Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçmə mərhələsinin (VIII Respublika Robot Olimpiadası) keçirilməsi üçün Milli Gimnastika Arenasını icarəyə götürəcək və qarşılığında 127 min 375 manat 10 qəpik ödəyəcək.
Qeyd edək ki, VIII Respublika Robot Olimpiadası 3 gün ərzində – 26-28 sentyabr tarixlərində keçiriləcək.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür 314 min manata
21 Avqust 2025 17:32
Nazirlik Abid Şərifovun qızından ofis icarəyə götürür
04 Mart 2025 18:43
Zinəddin Yohan Kroyff Arenanı mat qoydu VİDEO
21 Dekabr 2024 12:20
DTA 3 şirkətə 214 min ödəyəcək
19 Sentyabr 2025 09:15
Baxış sayı:62
Bu xəbər 24 Sentyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















