Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür 314 min manata
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mədəniyyət Nazirliyinin tabeliyinidə fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC “Pasha Property Management” MMC (VÖEN - 1405688721) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Mədəniyyət Nazirliyi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə, “Pasha Property Management” MMC Beynəlxalq Kitab Sərgisinin keçirilməsi üçün Bakı EXPO Mərkəzinin 1-ci zalını (4000 kv. metr) Mədəniyyət Nazirliyinə icarəyə verəcək və qarşılığnda 313 min 821 manat alacaq.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin satınalma müqaviləsi imzaladığı “Pasha Property Management” MMC ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”ə bağlıdır və daşınmaz əmlakın idarə olunması ilə məşğuldur.
Onu da qeyd edək ki, Mədəniyyət Nazirliyi ötən il eyni məqəsəd üçün “Pasha Property Management” MMC-yə daha az – 220 min 380 manat 34 qəpik ödəyib.
Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 1-dən 7-dək davam edəcək.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Nazirlik Arenanı 3 günlük icarəyə götürür 127 min ödəyəcək
24 Sentyabr 2025 17:17
Nazirlik Abid Şərifovun qızından ofis icarəyə götürür
04 Mart 2025 18:43
Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb
24 Dekabr 2024 18:33
Nazirlik Vəli Bayroyevdən 18 min manata ofis icarəyə götürüb
20 Oktyabr 2025 14:08
7 yeni bağça tikilir Nazirlik
07 İyul 2025 10:32
Baxış sayı:95
Bu xəbər 21 Avqust 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















