Icma.az
close
up
RU
“Nazirlik həyəcan təbili çalmalıdır, insanlar ayıq sayıq olmalıdırlar”

“Nazirlik həyəcan təbili çalmalıdır, insanlar ayıq sayıq olmalıdırlar”

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Sosial mediada gördüyümüz "möcüzəvi dəyişiklik" şəkilləri, müasir cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaq istəyimizi daha da artırır. Amma hər gözəl görüntünün arxasında həqiqətən də peşəkar bir əl dayanırmı? Azərbaycanda son aylarda aşkarlanan saxta estetik cərrahların fəaliyyətləri, yalnız xəstəxana divarları arasında qalmır. Bu, artıq cəmiyyətin böyük bir probleminə çevrilib. Saxta sənədlərlə fəaliyyət göstərən və insan sağlamlığını təhlükəyə atan bu şəxslər həm hüquqi, həm də mənəvi məsuliyyətləri tapdalayırlar.

Bu yazımızda həm estetik əməliyyat edib razı qalan, həm də narazı olan xəstələrin fikirlərini öyrənəcəyik.

Əsmətxanım Rzazadə 5 il öncə həm estetik, həm də çəpər əyriliyi problemi ilə bağlı burun əməliyyatı etdirib. O bildirib ki, nəticədən çox razıdır:

"Bu qərarı vermək mənim üçün asan olmasa da, düzgün həkim seçimi və müasir tibbi texnologiyaların olması, internetdə etdiyim araşdırmalar məni tam rahatlatdı. Əməliyyatdan sonra nəfəs almağım xeyli yaxşılaşdı. Əvvəllər nəfəs almaqda çətinlik çəkirdim, gün ərzində başım ağrıyırdı, amma indi bu problemi tamamilə unutmuşam. Həyatımda heç bir ciddi narahatlıq yaşamadım və normal həyat ritmimə çox tez qayıtdım".

Ə.Rzazadə 2 il öncə isə dodağına təbii dolğu etdirib və bu prosedurdan da çox razıdır:

"Dolğu təbii görünür və üz cizgilərimə tam uyğunlaşıb. Bu proses də peşəkar kosmetoloq tərəfindən həyata keçirildi və heç bir problem yaşamadım. Prosedur qısa müddətdə tamamlandı. Əvvəllər dodaqlarım quruyur və həmişə nəmliyini itirirdi. Dolğudan sonra bu problem tamamilə aradan qalxdı. Təbii görünüşə üstünlük verdiyim üçün nəticədən çox razıyam.

Bu təcrübələr mənə bir daha göstərdi ki, düzgün həkim və kosmetoloq seçildikdə, estetik prosedurlar heç də qorxulu deyil. Əksinə, həm sağlamlıq, həm də estetik baxımdan insanın özünə olan güvənini artırır".

Estetik müdaxilədən zərərçəkən xanım Nazlı Məhərrəmova isə təxminən 2 il öncə dodaq dolğusu və yanağına botoks etdirib. Onun sözlərinə görə, prosedurdan sonra təxminən 1 həftə şişlik, ağrı və göyərmə oldu:

"Həkim dedi ki, bu normaldır, hər kəsdə belə olur. Lakin sol yanağımda şişlik nisbətən qaldı. Fikirləşdim ki, yəqin infeksiyadır ya da sağalma prosesində soyuğa vermişəm. Yenidən həkim yoxlanışına getdim. Dərimi müayinə etdilər. Məlum oldu ki, bədənim vurulan geli götürməyib. Dedim ki, "bəs bunu əvvəlcədən yoxlayıb deyərdiniz". Həkimlər öz günahları olduğunu təkzib etdi. 1 ilin sonunda yanağımdakı gel çəkilib getdi. İkinci dəfə botoks etdirmədim.

İndi yanağımda qırışlar və çapıq kimi xətlər meydana gəlib. Makiyajla filan örtmək olmur. Dodaq dolğum isə tam simmetrik deyil. Estetik əməliyyat və prosedur etdirmək istəyən xanımlara məsləhət görürəm ki, həkim seçimində diqqətli olsunlar. Prosesdən öncə mütləq şəkildə bədənlərini, dərilərini müayinə etdirsinlər. Elə olur ki, birinin bədəninə düşən gel başqa birinin orqanizminə düşmür. Ona görə də çox diqqətli və ehtiyatlı olmaq lazımdır”.

Gördüyümüz kimi, bu prosedurlardan razı olan da var, narazı olan da. Etiraf edək ki, bəzən bu saxta həkimlər televiziyalar, sosial şəbəkələr vasitəsilə reklam olunur. Bəs, kütləvi informasiyalar vasitəsilə reklam olunan bu saxta həkimlərin qarşını almaq mümkündürmü?

Kimlər cəzalandırılmalıdır?

Professor Qulu Məhərrəmli Ölkə.Az-a bildirib ki, bu cür həkimlərin qarşısını televiziya kanallarında almaq mümkündür:

"Verilən reklamın məzmununa televiziya birbaşa cavabdeh olmasa da, nəyi nümayiş etdirdiyinin fərqində olmalıdır. Bu cür qeyri peşəkar, yalançı həkimlərin çıxışının qarşısını almaq lazımlıdır. Amma bu məsələdə Səhiyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin məsuliyyəti daha böyükdür.

Bəzən görürük ki, sosial şəbəkədə hər hansı bir statusa, mövqeyə görə insanlar haqlı olaraq cəzalandırılırlar. Amma insan taleyinə birbaşa bağlı olan məsələlərdə kəskin reaksiyanı görmürük. Səhiyyə Nazirliyi də həyəcan təbili çalmalıdır. Vətəndaşlar özləri də bu məsələdə ayıq-sayıq olmalıdırlar. Xidmətin ucuzluğuna görə aldanmaq olmaz. Çünki insanların taleyi hər şeydən qiymətlidir".

Estetik cərrah Müşfiq Qasımovun sözlərinə görə, hər bir xəstənin haqqıdır ki, həkimin diplomu və Səhiyyə Nazirliyinin verdiyi sertifikatla tanış olsun:

"Həkimin həyat fəaliyyəti, əməliyyatları ilə uzun müddət maraqlansınlar. Onun sosial şəbəkə hesabında paylaşdığı nümunə şəkillərdə seçim etmək olmaz. Çünki o şəkillərin real olub-olmadığını bilmirik. Bəzən savadsız insanlar bir kənara, hətta ali savadlı insanlar, düzgün həkim seçimi etmirlər.

Bu barədə insanları bir az maarifləndirmək lazımdır. Çox prosedurlara qaçmasınlar. İnsanlar estetik prosedurlara üz tutarkən, özünə güvənlərini artırmaq və daha yaxşı görünmək istəyə bilərlər. Lakin bu məsələdə həddini aşmamaq, sağlamlıqlarını və təbii gözəlliklərini qorumaq olduqca vacibdir. Hər kəs unutmamalıdır ki, həddindən artıq müdaxilə yalnız təbii görünüşü yox etməklə kifayətlənmir, həm də ciddi sağlamlıq riskləri yarada bilər. Plastik əməliyyatlara narahatçılıq yaranarsa,müraciət etmək lazımdır".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Mart 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri