Nazirlik qara qəpiyə dəyməyən layihələrə… Etibar Əliyev
Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.
Nazirliyin əsas məqsədlərindən biri də 8 saatlıq iş rejimində müəllimləri məktəbə qara qəpik qədər xeyiri dəyməyən təlimlərə cəlb etməkdir. Belə olan halda ayrılan vəsaiti daha rahat şəkildə mənimsəmək mümkün olacaq.
Tribuna-nın məlumatına görə, bu fikirlərlə çıxış edən sabiq deputat, təhsil eksperti Etibar Əliyev bildirib ki, Elm və Təhsil Nazirliyi məktəb müəllimlərinə təlimə gedən, qrant layihələri yazan fərq kimi baxır:

“Artıq neçə illərdir ki, Çin məktəbliləri Riyaziyyat, İnformatika, Fizika, Kimya fənləri üzrə keçirilən Beynəlxalq olimpiadalarda maksimum qızıl medal qazanırlar. Səbəb nədir? Əlbəttə ki, dünyaya örnək olan Çin təhsil sistemi. Bu ölkədə Olimpiada düşərgələri fəaliyyət göstərir. Müəllimlər məktəblilərlə 8 saat məşğul olurlar. Şagirdlər üçün çalışmaq, dincəlmək və qidalanmaq üçün rejim təşkil olunur. Bu praktika müəllimlərə də tətbiq olunur. İstedadlı şagird müəllimini də çalışdırır. Bizdə istedadların üzə çıxarılmasına məktəbin gücü çatmır, məktəb heç buna maraq da göstərmir.
Pedaqoq hazırlayan ali məktəblər müəllimlərə əsaslı və dərin biliklər verə bilmədiklərindən onlar şagirdlərdə cəmlənən mühüm dəyərləri oyadıb inkişaf etdirə bilmirlər.
Fizika, Riyaziyyat, İnformatika təmayüllü liseyin nəzdində Beynəlxalq Olimpidalar Mərkəzi yaradılıb. Bu Mərkəzdə şagirdlərin hazırlğı dərs saatları ilə məhdudlaşmır, mərkəzin yataqxanası da var. Əslində düşünülən yeni model burada çoxdan işləyir. Lakin gözlədiyimiz nəticə varmı? Xeyir.
Riyaziyyat və İnformatika üzrə keçirilən Beynəlxalq Olimpiadalarda qızıl medallı şagirdlərimiz yoxdur. Fizika fənni üzrə keçirilən Beynəlxalq Olimpiadalarda uğur qazanmış şagirdlərimizin arasında bu liseyin şagirdləri yoxdur. Qazanılan gümüş və bürünc medallar isə bu liseyin uğuru deyil. Şagirdlərin fərdi hazırlığının nəticəsidir.
PISA (Programme for International Student Assessment) – Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur.
Bu yarışmada da bizim məktəblilərin nəticələri çox aşağıdır. Belə bir mötəbər bilik yarışmasında Finlandiya məktəblilərinin misilsiz uğurlarının səbəblərindən biri Orta məktəblərə magistr dərəcəsi qazanmış müəllimlərin işə qəbul olunmasıdır. Fin müəllimləri uşaqlarla 8 saatdan da çox işləyirlər. Ancaq vicdanla işləyirlər. Bizdə Sinif-dərs sistemində 45 dəqiqəlik dərs öyrətmə üçün nəzərdə tutulmur. Test tapşırıqları evlərdə, kurslarda və direktorların müəllimlərə icarəyə verdiyi otaqlarda öyrədilir. 8 saatlıq iş rejiminə keçmək istəyirik. 45 dəqiqəni yola verən müəllim məktəbdə keçirdiyi vaxtda da əsaslı bilik verə bilməyəcək”.
E. Əliyev hesab edir ki, məktəb şəraiti, müəllimlərin mütaliəsi və testdən asılılığı buna mane olan səbəblərdir:
“Məktəb kitabxanalarında dərsliklərdən əlavə neçə kitab var?
Jurnalistlər monitorinq aparsınlar: İl ərzində məktəb kitabxanalarında neçə müəllim kitabdan istifadə edib. Vaxtilə “Məktəblərin İnformasiya Kommunikasiya Texnologiyaları ilə təminatı” layihəsinə pulun pul vaxtı 30 milyon manat vəsait ayrılmışdı. Pulu basıb yedilər. O zaman bu layihə normal həyata keçirilsəydi müəllimlərin İKT bacarıqları da qismən inkişaf etdirilərdi. Elm və təhsil nazirliyi məktəb müəllimlərinə təlimə gedən, qrant layihələri yazan fərd kimi baxır.
Başqa bir mühüm məqam: Nazirliyin əsas məqsədlərindən biri də 8 saatlıq iş rejimində müəllimləri məktəbə qara qəpik qədər xeyiri dəyməyən təlimlərə cəlb etməkdir. Belə olan halda ayrılan vəsaiti daha rahat şəkildə mənimsəmək mümkün olacaq”.
Gülşən Rəsul
Baxış sayı:102
Bu xəbər 17 Noyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















