Icma.az
close
up
RU
Nazirlikdən kitab qadağası Tanımış naşirdən sərt reaksiya

Nazirlikdən kitab qadağası Tanımış naşirdən sərt reaksiya

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Təhsil Nazirliyi çox qəribə və izahı çətin bir qərar qəbul edib:
Donna Deyl Karneginin (Deyl Karneginin qızı) “Yeniyetmə qızlar: Dostları necə qazanmalı və insanlara necə təsir etməli” kitabının məktəb kitabxanalarına alınmasına qadağa qoyulub. Nazirlik yanında fəaliyyət göstərən hansısa komissiya (?) bu kitabı məqsədəuyğun hesab etməyib. Açığı, bu qərar mənə nəinki qəribə, hətta anti-insani və qızlara qarşı ədalətsiz bir addım kimi təsir etdi.
Karneginin əsərləri uzun illərdir ki, bütün dünyada insan münasibətlərini, sosial bacarıqları, yumşaq gücü və şəxsi inkişafı öyrədən əsas mənbələrdən biridir. Onun kitabları demək olar ki, bütün dillərə tərcümə olunub və geniş istifadə edilir. Mən əminəm ki, Təhsil Nazirliyində çalışan mütərəqqi insanlar da Karnegidən yararlanıblar.
Bəs indi nə baş verdi?
Bu qadağa niyə və hansı məntiqlə tətbiq olunur?
Əgər kitab “yeniyetmə qızların” deyil, “oğlanların necə dost qazanması” haqqında olsaydı, yəqin ki, belə qadağa qoyulmazdı.
Bu, Təhsil Nazirliyinin qadınlara ikinci dərəcəli insan kimi yanaşması görüntüsünü yaratmırmı?

İkinci məsələ isə TN-in nəşriyyatlardan kitab alışı ilə bağlıdır.
Dövlət büdcəsindən kitab adı ilə ən çox vəsait məhz Təhsil Nazirliyinə ayrılır.
Amma mənim 35 illik naşirlik fəaliyyətim dövründə Qanun Nəşriyyatından cəmi 15–20 adda kitab alınıb – o da yalnız Mikayıl Cabbarov dövründən sonra. Əvvəllər Qanun Nəşriyyatı hər il 400–500 adda kitab nəşr etsə də hər yerdə körməzdən gəliblər.
Bəs məktəblərdə “məktəbdənkənar mütaliə” necə təşkil olunur?
Şagirdlərə hansı kitablar təklif edilir?
Bu siyahını kim və nə əsasında müəyyən edir?
Eşitdiyimə görə, bu il Təhsil Nazirliyi 17 müxtəlif nəşriyyatdan kitab alır.
Sual yaranır:
– Bu nəşriyyatlar nə vaxt yaranıblar?
– Onların hansı təcrübəsi və hansı yeni nəşrləri var?
– Hansı əsasla “qəfil” siyahıya düşə biliblər?
Acı təcrübə göstərir ki, süni şəkildə yan nəşriyyatlar yaradılmaqla dövlət büdcəsindən vəsaitlərin silinməsi praktikası mövcuddur.
Təhsil Nazirliyinə suallarım:
1. Seçim kriteriyalarınız nədən ibarətdir?
2. Meyyarlar hansı sənəddə təsbit olunub?
3. Bizim nəşrlərin hansı standartlara uyğun gəlmədiyi barədə rəsmi açıqlamanız varmı?
4. Niyə alqı-satqı prosedurları məxfi saxlanılır?
5. Niyə şəffaflıq təmin edilmir?
6. Kitablar haradan, hansı qiymətə, hansı tirajla alınır — niyə ictimaiyyət bunu bilmir?
Mən Təhsil Nazirliyindən həm Karnegi kitabına qoyulan qadağa, həm də məktəb kitabxanaları üçün kitab seçimi ilə bağlı aydın, əsaslı və şəffaf açıqlama gözləyirəm.
Bu iki məsələ – həm gender yanaşması, həm də dövlət vəsaitinin istifadəsi – cəmiyyətin birbaşa marağındadır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Noyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri