Icma.az
close
up
RU
Nazirlikdən şikayət edən müğənnilərin izahatı alınıb ADLAR + RƏSMİ

Nazirlikdən şikayət edən müğənnilərin izahatı alınıb ADLAR + RƏSMİ

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər bir sıra incəsənət nümayəndələri, müğənnilər və sənət adamları sosial şəbəkələrdə dövlət tədbirlərinə dəvət olunmamaları ilə bağlı narazılıqlarını bildiriblər. 

Onların iddialarına görə, Mədəniyyət Nazirliyinin sistemində çalışan Mənzər Nurəliyevanın fəaliyyəti nəticəsində müəyyən haqsızlıqlarla üzləşirlər. Bu məsələ sənət camiəsində və ictimaiyyətdə müzakirələrə səbəb olub. 

Sosial şəbəkələrdə səsləndirilən iddialarla bağlı Mədəniyyət Nazirliyi tərəfindən hər hansı araşdırma aparılıbmı? Ümumiyyətlə, sənətçilərin dövlət tədbirlərinə seçilməsi hansı meyarlar əsasında aparılır? 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən "Cebheinfo.az"-ın sorğusuna cavab olara bildirilib ki, bu məsələlərlə bağlı araşdırma aparılır. Qeyd olunub ki, şikayətçilər eyni adamlardır: 

"Ötən il araşdırma çərçivəsində mediada və sosial şəbəkələrdə paylaşımlar edən və həmin paylaşımlara münasibət bildirən şəxslərin - Vüqar Əhməd, Almaxanım Əhmədli, Nura Suri, Təranə Mahmudova, Şəhriyar Musayev, Pərviz Fərhadov, Ruslan Zərbəliyev, Məsim İslamov, Pərviz Qasımovun izahatları alınıb. 

Həmin şəxslər öz izahatlarında yalnız şəxsi mülahizələrini bildirdiklərini etiraf edib, lakin irəli sürdükləri iddialarla bağlı heç bir konkret sübut təqdim etməyiblər. Aparılmış xidməti araşdırma nəticəsində iddialar öz təsdiqini tapmayıb". 

Vurğulanıb ki, müğənni Xatirə İslam sosial şəbəkə paylaşımında Şuşa və Xankəndidə keçirilən tədbirlərə dəvət almadığını iddia etmişdi: 

"Diqqətinizə çatdırırq ki, son bir il ərzində Xatirə İslam 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Xankəndi şəhər günü çərçivəsində keçirilən rəsmi tədbirlərə Mədəniyyət Nazirliyi tərəfindən iki dəfə dəvət olunub. 

Xatrirə İslam isə hər iki halda şəxsi səbəblər göstərərək iştirakdan imtina edib. Mədəniyyət və dövlət əhəmiyyətli tədbirlərinə dəvət olunan şəxslərin iştirak qərarı onların öz səlahiyyətidir. Lakin sonradan bu dəvətlərin guya verilməməsi barədə səsləndirilən iddialar əsassızdır və faktların təhrifinə yönəlmiş addım kimi qiymətləndirilir. İctimaiyyətə yanlış məlumat ötürülməsi, faktların manipulyasiyası və reputasiyaya yönəlmiş cəhdlər qəbuledilməzdir". 

Həmçinin bildirilib ki, son günlər sosial mediada Mədəniyyət Nazirliyinin 2004-2022-ci illərlə bağlı səsləndirilən iddialarına dair yayılan məlumatlara münasibət açıqlanıb: 

“Son günlər sosial media istifadəçilərinin Mədəniyyət Nazirliyinin 2004-2022-ci illərlə bağlı səsləndirilən iddialarına dair diqqətinizə çatdırırıq ki, həmin dövrdə aşkarlanan qanun pozuntuları mövcud qanunvericilik çərçivəsində araşdırılıb, onlara hüquqi qiymət verilib və məsuliyyət tədbirləri tətbiq olunub”. 

Məlumatda qeyd edilib ki, bundan əlavə, bəzi sosial şəbəkələrdə Mədəniyyət Nazirliyinin təşkil etdiyi müxtəlif tədbirlərdə çıxış edən ifaçıların seçim qaydaları ilə bağlı faktlara söykənməyən məlumatlar yayılmaqdadır:  

“Bununla əlaqədar ünvanlanan sorğuya cavab olaraq bildiririk ki, nazirliyin tabeliyində çalışan əməkdaşlar tərəfindən qanunsuzluq hallarına yol verilməsi barədə müraciətlər daxil olduqda nazirlik tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırma aparılır, zəruri hallarda toplanmış materialların obyektiv hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilməsi təmin edilir. 

İncəsənət nümayəndələrinin dövlət tədbirlərində iştirakına şərait yaradılmaması ilə bağlı şikayətlərə gəldikdə isə, nazirliyin fəaliyyətinin 2004-2022-ci il dönəmlərini əhatə etdiyinə baxmayaraq,  ötən il  müəyyən qüvvələr tərəfindən bir daha aktuallaşdırılıb,  Nazirlik tərəfindən bu iddialara baxılmış və xidməti yoxlama aparılıb. 

Araşdırma nəticəsində konkret şəxslərin qanunsuz əməllərini sübuta yetirən faktlar və sübutlar təqdim edilməyib. Bu isə səsləndirilən iddiaların əsassız olduğunu bir daha təsdiqləyir”.   

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

 

Açar sözlər: Nazirlik müğənnilər

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see182

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see169

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see169

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see137

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see136

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see135

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri