Icma.az
close
up
RU
Nazirliklə sənətçilərin qovğası: "Çürük relsləri dəyişmək lazımdır"

Nazirliklə sənətçilərin qovğası: "Çürük relsləri dəyişmək lazımdır"

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Deyirəm bəlkə mən də öz münasibətimi bildirim? Axı 35 ildir mədəniyyətdən yazıram, Nura Suri və Almaxanım demiş, neçə nazir yola salmışıq.

Düzü, o postda kim əyləşsə, “mədəniyyət qatarını” kim idarə eləsə, bəyənərdik - bilmirəm. Çünki sovetlərdən miras qalmış qurumların relsləri çürükdü, buna maşinist neyləsin?

Hərgah mədəniyyət ölkədə aparıcı strateji xətt sayılsa… birlik yarada biləcək ideya ortaya qoyulsa… bu sahəyə sərmayə yatırmağa hazır biznesə müəyyən güzəştlər edilsə… dövlətdən asılılıq azalsa… məmur ”kresloları” 4 ildən bir yeni fikirlərlə gələn adamlara oturacaq olsa… Yenə sayım? Kimdir oxuyan? Amma əslində ən az bu sadaladıqlarım addımlar atılmasa, ha danış, ya ərizə yaz, ifşa elə, ya debat keçir, nə mənası?!

Debat demişkən, Nazirliyin mətbuat xidməti, mənim əziz tələbə yoldaşım Aynur xanım məlum layihəyə dəvət almış sənətçilərin konkret şəxsə ünvanladıqları ittihamları niyə bütün nazirliyə şamil etdi, bilmirəm. Şəxsən mən, daha konkretəm, Laçında ikinci şəhər gününün keçirilməsinə məsul şirkətin əməkdaşı kimi konsert təşkilatçısı Mənzər xanımın necə işlədiyini müşahidə etmişəm. Və tam əminliklə yazıram: Bakı Abadlıq Xidmətinin yeni aranjimanla laçınlılara bağışladığı məşhur “Laçınım” mahnısıyla 6 ifaçının hər dəfə səhnəyə çıxması üçün heç kim ona bahalı ətir verməyib.

Növbəti şəhər günündə bircə xahişimizlə laçınlı aşıq Elvin Axundovu zəif aranjimanla dövlət tədbirinə saldı, buna da şahidəm. Adam bu sahəni o qədər əxz edib ki, bir neçə günə statuslu konsert proqramı qurur. İnanın ki, zülm işdir, zülm! Özünü çətin şərtlər daxilində təkbaşına yetişdirən, toylarda yarım saatına 5-10 min qonorar almaq həddinə çatınca 10 min dəfə qabıq qoyan - reklama, klipə, mahnıya, geyimə ətək-ətək pul xərclıyan hansı məşhur havayı, bircə fonoqramda ağzını açıb yummaq xatirinə bahalı məclisini, xarici səfərini, lap elə əyləncəsini atıb hər dəvətdə Qarabağa gələr? Bunları yola gətirmək üçün gərək diplomatiya akademiyası bitirəsən.

Yaxşı, ildə neçə dəfə “yüksək səviyyədə” bayram konsertləri hazırlamağa gücü çatan, yeni siyasi mənzərədə Azərbaycan mədəniyyəti günlərinin aparıcı siması sayılan Mənzər xanım hərəkatdan kənarda qalmış incik sənətkarlar üçün niyə bu qədər şəffaf hədəfə çevrilib?

Deyim?

Ona görə ki, arasıkəsilməz tədbirlər silsiləsi mədəniyyətin bütün digər qollarını xeyli dərəcədə üstələyib. Və bu sürət yarışında təcrübə baxımından Mənzər xanımın bənzəri yoxdur. Bu qədər sadə.

Nazirliklərin nümayişdən yaradıcılığa keçməsi üçünsə bir az daha dərindən düşünmək, gedər-gəlməzə aparan çürük relsləri dəyişmək lazımdır.

Əgər qatar artıq getməyibsə…


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Noyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri