NDU da 811 tələbənin iştirakı ilə “Zəfərin 5 ili” adlı fləşmob keçirildi Video
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvan Dövlət Universitetində 44 günlük şanlı Vətən müharibəsində qazanılan Zəfərimizin beşinci ildönümü ilə bağlı “8 Noyabr – Zəfər Günü”nə həsr olunan “Zəfərin 5 ili” adlı fləşmob təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, fləşmob ali təhsil ocağının Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılğı ilə keçirilib.
Naxçıvan Dövlət Universitetinin və NDU nəzdində üç – Tibb, Musiqi, Texniki Kollecin tələbələrinin, eləcə də İngilis dili Təmayüllü Gimnaziyanın və Beynəlxalq Məktəbin şagirdlərinin də iştirakı ilə ümumilikdə 811 könüllü tərəfindən keçirilən fləşmob universitetin əsas korpusunun önündə təşkil olunub.
Fləşmobda tələbələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman oğullarımızın və “Zəfər” sözünün əksini canlandırıblar.
Qeyd edək ki, 811 sayı əlamətdar gün – 8 Noyabr tarixini və on birinci ay – noyabr ayını ifadə edib. Fləşmobun uzunu 22, eni 22 metr olmaqla 44 rəqəmini simvolizə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 07 Noyabr 2025 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















