Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

NDU da Anım Günü: 27 Sentyabr xalqımızın mübarizlik və şücaət simvoluna çevrilib

NDU da Anım Günü: 27 Sentyabr xalqımızın mübarizlik və şücaət simvoluna çevrilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Naxçıvan, 26 sentyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə İncəsənət fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət 40-a yaxın rəsm əsərinin təqdim olunduğu “Unudulmayanlar” adlı sərgiyə baxış olub. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, 27 Sentyabr Azərbaycan xalqının şanlı tarix səhifələrindən biridir. Qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli addımlar, güclü ordu quruculuğu və xalq-ordu birliyi nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq 30 illik işğala son qoyub.

Rektor diqqətə çatdırıb ki, 2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi tam bərpa olunub və dövlətimizin tarixində yeni mərhələ başlanıb. Azərbaycanın Cənubi Qafqazda sabitlik və sülhün təmin olunması üçün atdığı konstruktiv addımlar yalnız regional deyil, qlobal miqyasda da sabitliyə töhfə verib.

Elbrus İsayev vurğulayıb ki, işğal altında olan torpaqlarımız şəhidlərin qanı bahasına azad olunub və hər bir gənc bunu daim yadda saxlamalıdır. 27 Sentyabr həm qürur, həm də məsuliyyət günüdür. Bu tarix xalqımızın mübarizlik, dözüm və şücaət simvoluna çevrilib və gənclərə milli dəyərlərə sadiqlik nümunəsi kimi aşılanmalıdır. Rektor qeyd edib ki, bu gün Azərbaycan iqtisadi və hərbi gücü, siyasi çəkisi ilə regionun lider dövlətinə çevrilib, Qarabağ sürətlə bərpa olunur.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva “Zəfərin ədəbiyyatda əksi”, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanlı “Azərbaycan tarixində Qarabağ”, “Hüquq fənləri” kafedrasının müəllimi Əli Qədimov isə “Vətən müharibəsinin diplomatik aspektləri” mövzularında çıxış ediblər.

Sonda Universitet Televiziyasının hazırladığı, şəhidlərin qəhrəmanlıq yolunu əks etdirən “Qəhrəmanlıq salnaməsi” adlı reportaj nümayiş olunub.

Qeyd edək ki, NDU-nun Elmi Kitabxanasında 27 Sentyabr - Anım Günü ilə əlaqədar “Şanlı Zəfər tariximiz” adlı kitab sərgisi təşkil olunub. Sərgidə 44 günlük Vətən müharibəsinin tarixini, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın həyat və döyüş yolunu özündə əks etdirən kitab və jurnallar yer alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see242

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see229

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see208

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see207

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see201

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see189

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see187

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see168

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see159

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see158

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see150

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see145

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri