Icma.az
close
up
RU
27 Sentyabr Müasir Azərbaycan tarixində şücaət səhifəsinin başlanğıcı

27 Sentyabr Müasir Azərbaycan tarixində şücaət səhifəsinin başlanğıcı

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Universitetin Şəhidlər guşəsi önündə təşkil olunan tədbirdə şəhid ailələri, müharibə veteranları, müəllim və tələbələr iştirak ediblər.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra çıxış edən AzMİU-nun rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbədən bəhs edib. Rektor bildirib ki, 30 illik işğala son qoyan bu Zəfər Azərbaycan dövlətinin, xalqının və ordusunun gücünü bütün dünyaya göstərdi.

Gülçöhrə Məmmədova əlavə edib ki, 2020-ci ildən sonra azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, məcburi köçkünlərimiz doğma yurdlarına qayıdır: “Bu gün Zəngilan, Laçın, Füzuli və digər bölgələrdə müasir şəhər və kənd mühiti yaradılıb, vətəndaşlarımız artıq həmin ərazilərdə yaşayırlar. Köç karvanımız Qarabağa və Zəngəzura doğru hərəkətdədir. Xalqımız üçün böyük qürurverici məqam isə 2023-cü ilin sentyabrında 23 saat davam edən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tamamilə bərpa edilməsi oldu. Bu, dövlətimizin tarixində yeni mərhələnin başlanğıcıdır”.

Rektor, həmçinin şəhidlik zirvəsinə ucalan qəhrəmanların ruhu qarşısında baş əydiyini, onların əziz xatirəsinin xalqımızın, o cümlədən AzMİU kollektivinin yaddaşında daim yaşayacağını vurğulayıb.

Daha sonra Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbəsi, Vətən müharibəsi qazisi Elşad Babayev, şəhid məzun İsmayıl Kərimovun atası Ceyhun Kərimov və Dizayn fakültəsinin tələbəsi İlahə Quliyeva çıxış edərək şəhidlərin müqəddəs amal uğrunda göstərdikləri igidliklərdən danışıb, onların xatirəsinin daim uca tutulacağını bildiriblər.

Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar AzMİU-da bütün fakültələrdə ilk dərslər vətənpərvərlik mövzusuna həsr olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri