Icma.az
close
up
RU
27 Sentyabr Anım Günü xalqımızın tarixində əbədi yaşayacaq ŞƏRH

27 Sentyabr Anım Günü xalqımızın tarixində əbədi yaşayacaq ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, ölkəmizin yeni tarixi səhifələrindən biri 2020-ci ilin 27 sentyabrında yazıldı. Məhz həmin gün Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan xalqı və dövləti Vətən müharibəsinə başladı. Bu müharibə sadəcə hərbi əməliyyatlar deyildi, o həm də xalqımızın haqq və ədalət uğrunda mübarizəsi idi.
Qeyd edək ki, ölkəmiz illərlə beynəlxalq hüquqa, ədalətə söykənərək münaqişənin dinc yolla həllini istəyirdi. Lakin Ermənistanın hərbi təcavüzü və yeni hücum planları xalqımızı öz müqəddəs torpaqlarını silahla azad etməyə məcbur etdi. Vətən müharibəsi həm milli birlik, həm də dövlət iradəsinin ən parlaq ifadəsi idi. Azərbaycan əsgəri və zabiti ön, xalq isə arxa cəbhədə bir yumruq kimi birləşərək düşmənin illərlə qurduğu işğal siyasətini darmadağın etdi. Bu mübarizədə hər kəsin rolu vardı - cəbhədə döyüşən igidlər, onlara dəstək olan ailələr, yaralıların həyatını xilas edən tibb işçiləri, həmçinin informasiya müharibəsində ölkəmizin haqq səsini dünyaya çatdıran ziyalılarımız və jurnalistlərimiz.
Onu da qeyd edək ki, Azərbaycan Ordusu öz mübarizəsini ən yüksək vətənpərvərlik hissi ilə apardı. Düşmənin hərbi təxribatlarına baxmayaraq, müzəffər ordumuz yalnız legitim hədəfləri vuraraq beynəlxalq humanitar hüquqa əməl etdi. Ermənistan isə əksinə, müharibə cinayətləri törədərək şəhərlərimizi, kəndlərimizi, mülki əhalini, o cümlədən uşaqları hədəfə aldı. Gəncə, Bərdə, Tərtər kimi şəhərlərimizə atılan raketlər nəticəsində günahsız insanlar həyatını itirdi. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət idi. Müharibədə şəhidlər verdik. Məhz onların qanı bahasına torpaqlarımız işğaldan azad edildi. Qazilərimiz isə torpaqlarımızın azadlığı uğrunda mübarizənin canlı rəmzləridir. Hər bir şəhidin adı Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Onların igidliyi gələcək nəsillərə ən böyük örnəkdir.
Vətən müharibəsinin ən mühüm dərslərindən biri də xalqın birliyinin gücünü göstərməsi oldu. Milli həmrəyliyimiz məhz 44 gün ərzində özünü ən yüksək səviyyədə büruzə verdi. Siyasi baxışından, sosial statusundan, peşəsindən asılı olmayaraq hər kəsin bir məqsədi vardı - Qarabağı azad görmək. Bu, Azərbaycan xalqının tarixi taleyini öz əlində həll etməyə qadir olduğunu bir daha sübut etdi.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi bu müharibədə həlledici amil oldu. Dövlət başçısının həm cəbhə bölgəsində, həm də beynəlxalq arenada apardığı mübarizə xalqın inamını daha da gücləndirdi. Müharibə dövründə xalqa ünvanlanan müraciətlər, dünya ictimaiyyətinə verilən mesajlar Azərbaycanın haqq işinin müdafiəsində mühüm rol oynadı. 27 sentyabr Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu gün hər birimizin qəlbində həm hüzn, həm də qürur hissi doğurur. Hüznlüdür, çünki minlərlə qəhrəmanımız canını Vətən uğrunda fəda edib. Qürurludur, çünki onların qanı yerdə qalmayıb, Azərbaycan tarixi ədaləti bərpa edib. Dövlətimiz şəhidlərin xatirəsini daim uca tutur. Onların ailələrinə göstərilən diqqət və qayğı, qazilərin sosial müdafiəsi istiqamətində atılan addımlar milli həmrəylik nümunəsidir. Hər bir şəhidin xatirəsi bu torpaqların müqəddəsliyinin simvoluna çevrilib. Azərbaycanın hər bölgəsində şəhidlərin adını daşıyan məktəblər, parklar, küçələr var. Bu, onların igidliyini gələcək nəsillərə çatdırmaq, qəhrəmanlıq ənənəsini yaşatmaq üçündür.
Yeri gəlmişkən, ölkəmizin Vətən müharibəsində əldə etdiyi qələbə təkcə işğal olunmuş ərazilərin azad edilməsi demək deyil. Bu həm də regionda yeni siyasi reallıqların yaranması, ədalətin bərpa olunması deməkdir. Şuşanın azad olunması müharibənin taleyini həll edən əsas məqamlardan biri oldu. Qısa müddətdə ard-arda əldə edilən qələbələr Azərbaycan Ordusunun gücünü, xalqın əzmini bütün dünyaya nümayiş etdirdi. Qələbə ilə Azərbaycan həm beynəlxalq hüququn norma və prinsiplərini təmin etdi, həm də regionda dayanıqlı sülhün əsaslarını qoydu. İşğaldan azad olunmuş torpaqlarda geniş quruculuq işlərinin aparılması, məcburi köçkünlərin yurdlarına qayıdışı bu zəfərin bəhrəsidir. Anım Günü gələcək nəsillərə böyük bir mesaj daşıyır. Bu gün hər bir gənc anlayır ki, azadlıq, müstəqillik və suverenlik böyük qurbanlar hesabına qazanılıb. Şəhidlərin fədakarlığı gənclər üçün vətənpərvərlik məktəbinə çevrilib. Onların qəhrəmanlığı həm də gələcəyin yol xəritəsidir. Bu gün məktəblərdə, ali təhsil müəssisələrində, ictimai tədbirlərdə Anım Günü xüsusi vurğulanır. Dövlətin, ordunun, xalqın birliyini möhkəmləndirən 27 sentyabr Azərbaycan gəncliyinin milli ruhda formalaşmasına xidmət edir. Anım Günü xalqımızın tarixi yaddaşının, milli birliyinin və qələbə əzminin simvoludur. Bu gün hər birimizə xatırladır ki, azadlıq və müstəqillik ən böyük sərvətdir və onu qorumaq üçün hər zaman ayıq-sayıq olmalıyıq. Qəhrəman şəhidlərimizin, igid qazilərimizin fədakarlığı nəticəsində əldə edilən qələbə Azərbaycan dövlətinin gələcək inkişafı üçün möhkəm təməl rolunu oynayır. Azərbaycan bu gün daha güclü, daha əzəmətli və daha iradəli dövlətdir. Vətən müharibəsindəki zəfər təkcə tariximizə qızıl hərflərlə yazılmadı, həm də gələcək nəsillər üçün yol göstərən bir mayaka çevrildi.
Ən əsası, 27 Sentyabr Anım Günü şəhidlərimizin ruhuna ehtiramın, xalqımızın qəhrəmanlığının və dövlətimizin sarsılmaz iradəsinin əbədi rəmzidir.

Firəddin Əhmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Təhsil Sektoru ərazi partiya təşkilatının üzvü, partiya veteranı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see299

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see290

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see287

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see283

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see282

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see277

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see268

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see267

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see260

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see259

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see235

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see234

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see233

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see230

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see228

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see222

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see220

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri