Icma.az
close
up
RU
NDU da “Karyerada etik prinsiplər və şəffaflıq” mövzusunda təlim keçirilib

NDU da “Karyerada etik prinsiplər və şəffaflıq” mövzusunda təlim keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 12 iyun, AZƏRTAC

II Karyera sərgisi çərçivəsində Naxçıvan Dövlət Universitetinin nəzdindəki Naxçıvan Texniki Kollecində "Karyerada etik prinsiplər və şəffaflıq” mövzusunda təlim keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlimdə ali təhsil ocağının son kurs tələbələri iştirak ediblər.

Universitetin Karyera, təcrübə və məzunlarla iş sektorunun müdiri Aynurə Seyidova bildirib ki, karyera sərgisi tələbə və məzunların əmək bazarına inteqrasiyasını sürətləndirmək, onları mövcud vakansiyalar, işə qəbul mexanizmləri və karyera perspektivləri barədə məlumatlandırmaq baxımından mühüm platformadır. Vurğulanıb ki, sərgi iştirakçılara potensial işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq, ixtisaslarına uyğun iş imkanlarını yerindəcə qiymətləndirmək və şəxsi bacarıqlarını təqdim etmək fürsəti yaradır. Aynurə Seyidova əlavə edib ki, iki gün davam edəcək sərgi çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən dəvət olunmuş mütəxəsisslər tərəfindən müxtəlif istiqamətli təlimlərin keçirilməsi planlaşdırılıb.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Elşad Əliyev təlim keçib. Təlimdə etik davranış qaydaları, xidməti davranış, rüşvət və korrupsiya, korrupsiyanın qarşısının alınması, etik dilemmalar, loyallıq, qanunçuluq və mövzu ətrafında bir sıra məsələlər praktik nümunələrlə izah edilib.

İnteraktiv formada keçən təlimin sonunda fəal iştirakçılara hədiyyə təqdim olunub.

Qeyd edək ki, təlimin məqsədi iştirakçılara karyera inkişafında etik davranış qaydalarının və şəffaflığın əhəmiyyətini aşılamaqdır. Təlim zamanı iş mühitində etik prinsiplərə riayət etməyin, düzgün qərarvermənin və şəffaf ünsiyyətin uzunmüddətli peşəkar uğura necə təsir etdiyi izah olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri