Icma.az
close
up
RU
Bakıda “Uşaq hüquqları naminə şəffaflıq və rəqəmsal islahatlar” mövzusunda konfrans keçirilib YENİLƏNİB

Bakıda “Uşaq hüquqları naminə şəffaflıq və rəqəmsal islahatlar” mövzusunda konfrans keçirilib YENİLƏNİB

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 noyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlığı çərçivəsində Bakıda “Uşaq hüquqları naminə şəffaflıq və rəqəmsal islahatlar” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi açıq hökumət prinsiplərinin təşviqi, dövlət idarəçiliyində şəffaflığın artırılması, uşaqların rəqəmsal xidmətlərdə iştirak imkanlarının genişləndirilməsi, bu sahədə mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsindən ibarətdir.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, son illər qəbul olunan qanunvericilik aktları, strategiyalar və konseptual sənədlər bu istiqamətdə sistemli dövlət siyasətinin formalaşdığını nümayiş etdirir.

Sədr müavini bildirib ki, Komitə tərəfindən 2023-cü ildə uşaqların internetdən istifadə səviyyəsinə dair genişmiqyaslı araşdırma aparılıb və nəticələr gələcək fəaliyyətin planlaşdırılmasında mühüm rol oynayır. Uşaqlarla işləyən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə mütəmadi təlimlər təşkil edilir, beynəlxalq ekspertlərin iştirakı ilə zərərli informasiyadan qorunma mövzusunda müzakirələr keçirilir.

Aynur Sofiyeva məlumat bankının yaradılması istiqamətində işlərin yekunlaşmaq üzrə olduğunu da diqqətə çatdırıb. Qeyd edib ki, bu sistem uşaqlar haqqında şəxsi məlumatların və statistik göstəricilərin toplanması, saxlanması və emalı üçün əhəmiyyətli resurs olacaq və aidiyyəti qurumların koordinasiyalı fəaliyyətini gücləndirəcək.

Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarə edilməsi departamentinin müdiri Elnur Bağırlı diqqətə çatdırıb ki, Agentlik tərəfindən 2020-2025-ci illərdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı ümumilikdə 65 layihəyə dəstək verilib. Həmin layihələr təkcə paytaxtda deyil, Azərbaycanın demək olar ki, bütün regionlarında həyata keçirilib. Layihələr uşaq hüquqlarının müdafiəsi, sağlamlığın qorunması, təhsil imkanlarının yaxşılaşdırılması, təhsildən yayınmanın qarşısının alınması, sosial reabilitasiya və inteqrasiya mövzularını əhatə edib.

Konfransda çıxışlar zamanı uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması, onların açıq hökumət təşəbbüsləri və elektron xidmət platformalarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Müzakirələrdə, həmçinin dövlət qurumları və ictimai təşkilatların bu sahədə birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb, uşaqların rəqəmsal dövrdə hüquqlarının müdafiəsi istiqamətində yeni təşəbbüslərin həyata keçirilməsinin vacibliyi qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri