Icma.az
close
up
RU
NDU “EAST WEST International Youth Partnership Forum 2025” adlı beynəlxalq foruma ev sahibliyi edib

NDU “EAST WEST International Youth Partnership Forum 2025” adlı beynəlxalq foruma ev sahibliyi edib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Naxçıvan, 7 may, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun, Naxçıvan Dövlət Universitetinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən “EAST - WEST International Youth Partnership Forum 2025” adlı beynəlxalq forum keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, forum iştirakçıları əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov forumun əhəmiyyətindən və Ümummilli Lider Heydər Əliyevin gənclərə verdiyi dəyərdən bəhs ediblər.

Vurğulanıb ki, bu forum Şərq və Qərb ölkələri arasında mədəni və intellektual əməkdaşlığın gücləndirilməsi, eləcə də gənclərin beynəlxalq platformalarda fəallığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirin Naxçıvanda keçirilməsi heç də təsadüfi deyil. Çünki tarixən “Şərqin qapısı” adlandırılan Naxçıvan təkcə milli dövlətçiliyimizdə deyil, həm də coğrafi-strateji mövqeyinə görə Azərbaycan, Türk-İslam mədəniyyəti üçün xüsusilə önəmlidir. Əsrlər boyu İpək Yolunun əsas qolunda yerləşən bu qədim diyar Şərq və Qərb arasında ticarət, mədəniyyət və elmi ideyaların axışdığı tranzit mərkəz kimi tanınıb. Bu coğrafi üstünlük müasir dövrdə də regionu müxtəlif nəqliyyat və logistika layihələrinin mərkəzinə çevirib, Naxçıvanı Orta Dəhlizin bir parçası etməklə onun geostrateji dəyərini daha da artırıb.

Tədbir bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Universiteti nəzdindəki Naxçıvan Musiqi Kollecinin tələbələrinin ifasında musiqilər dinlənilib.

Sonra forum çərçivəsində panel müzakirələr keçirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb. Panel iştirakçıları iqlim dəyişikliyi, dayanıqlı inkişaf, mədəniyyətlərarası əməkdaşlıq və bu proseslərdə gənclərin fəal iştirakı mövzularında fikirlərini bölüşərək, mövcud çağırışlara qarşı birgə həll yolları haqqında müzakirələr aparıblar.

Həmçinin Azərbaycan, Tanzaniya, Cənubi Koreya, Türkiyə və Pakistan nümayəndələri ölkələrinin gənclər siyasəti, mədəni dəyərləri, beynəlxalq təcrübələri və sosial fəallıq imkanları barədə danışaraq, gənclər arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, forumun məqsədi – 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni regional reallıqlar kontekstində gənclər arasında beynəlxalq əməkdaşlığın və mədəniyyətlərarası dialoqun gücləndirilməsi, həmçinin Naxçıvanda təhsil alan yerli və xarici tələbələr arasında qarşılıqlı ünsiyyətin qurulmasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri