NDU ilə İstanbul Universiteti arasında ikili diplom müqavilələri imzalanıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan, 19 iyun, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində Naxçıvan Dövlət Universiteti ilə İstanbul Universiteti arasında iki ixtisas üzrə ikili diplom layihəsinin imzalanma mərasimi olub.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ikili diplom müqavilələri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar tərəfindən imzalanıb.
Tərəflər arasında ikili diplom layihəsi üzrə əməkdaşlıq magistratura səviyyəsində “Türk dünyası tarixi” və “Strateji idarəetmə” ixtisaslarını əhatə edəcək. İki ixtisas üzrə mütəxəssislərin hazırlanmasını hədəfləyən yeni əməkdaşlıq dövlət proqramı çərçivəsində həyata keçirilib. Yeni ixtisaslarda təhsil alacaq tələbələr təhsillərinin bir ilini NDU-da, bir ilini İstanbul Universitetində davam etdirəcək. Hər iki universitetin təcrübəsinə yiyələnəcək tələbələr sonda tərəfdaş universitetlərin diplomlarını əldə edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 19 İyun 2025 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















