Icma.az
close
up
RU
Nə baş verir:Keçmiş diplomatın etirafı və Ramiz Mehdiyevin çöküşündəki əlaqə...

Nə baş verir:Keçmiş diplomatın etirafı və Ramiz Mehdiyevin çöküşündəki əlaqə...

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu da növbəti etiraf... Azərbaycanın əleyhinə təbliğat aparan birindən etiraf gəldi. 

Amma bu, adi etiraf deyil... Məsələnin ən önəmli tərəfini gözardı etmək olmaz. Bu adamın etirafının arxasında çox ciddi məqam var. Artıq Avropadan onu da danışdıran adamın pul göndərmək imkanları məhdudlaşıdırılıb. Pulları kəsilən kimi etiraflara başlayıblar. 

Əgər belə deyildisə, niyə Arif Şahmarlı indiyə qədər də bildiyi bu həqiqəti etiraf etmirdi? Yaxud Tural Sadıqlı və ya Məhəmməd Mirzəli öz kanallarına vəsaiti haradan əldə edirdilər ki, Ramiz Mehdiyev və onun əməlləri ifşa edilən kimi pulları kəsildi? Çünki indi o pulları ala bilmirlər və bu səbəbdən də etiraflara başlayıblar. 

Digərlərindən də belə etiraflar eşidəcəyik. Aldadılaraq, maddi maraqla şirnikləndirilərək Azərbaycana qarşı qaranlıq yollarla mübarizəyə cəlb edilən digərləri də yari yolda buraxıldıqlarını anlayacaqlar. Bəlkə proses müəyyən qədər çəkəcək, bu müddətdə özlərinə başqa “qapı” axtaracaqlar, amma sonunda bütün qapılar bir yerə çıxacaq-mütləq həqiqətə. 

Söyüş müxalifətini maliyyələşdirən Ramiz Mehdiyev və onun qrupunun aldığı zərbə indi Avropadan Azərbaycana qarşı istifadə etdikləri bu ünsürləri pulsuz qoyub. Tural Sadıqlı da, Məhəmməd Mirzəli kimi tərbiyəsiz ünsürlər də məhz "XAÇ ATA"ları çökdürüldükdən sonra öz "söyüş kanal"larıını bağladıqlarını bəyan etdilər. 

“Cebheinfo.az” xəbər verir ki, ona görə indi Arif Şahmarlı Avropa ölkələrinin sadəcə öz geosiyasi maraqlarını güddüyünü etiraf edib. Arif Şahmarlı bildirib ki, Avropa ölkələri onlara sığınan azərbaycanlı mühacirlərdən istifadə edir: 

“Demokratiya, insan haqları kimi məsələlər təbii sərvətləri və ölkəmizin imkanlarını əldə etmək üçün istifadə olunan vasitələrdir. Bizim ən böyük səhvimiz Qərbin böyüklüyü və ölkəmizdə demokratiya istədiyi nağıllarına inanmağımızdır. 

Hətta bəzi siyasətçilərimiz də buna inanır. Qərbin post-Sovet məkanında ən çox dəstəklədiyi adam Mixail Saakaşvili idi. Bu gün Saakaşvili türmənin hospitalında, faktiki olaraq dəlixanadadır. Biz anlamalıyıq ki, Qərb hər zaman belə hərəkətlər edir”. 

O, özü də uzun müddət bu yalanlara inandığını etiraf edib: “Avropa ölkələri Azərbaycanın neftini, qazını, yollarını və infrastruktrunu istəyir. Biz hamımız onlar üçün sadəcə alətik. Avropaya gedən azərbaycanlılardan sadəcə olaraq alət kimi istifadə edirlər. Bu yolla təzyiq göstərməyə çalışırlar. Məndən də, Qubad İbadoğludan da, həbsdə olan fəallardan da istifadə ediblər. 

Axı bu insanlar Avropanın dəstəyinə inanaraq yola çıxıblar. Biz bilsəydik ki, Qərb özünü belə aparacaq və sadəcə öz maraqlarını güdəcək, onda başqa yolu seçərdik. Necə ki, Saakaşvilini satdılar, bu gün Ukraynanı da satırlar”. 

Göründüyü kimi, gec də olsa, etiraf gəlib. Gec ona görə deyirik ki, Azərbaycan artıq ədaləti özü təmin edib, ölkəmizə “demokratiya”, “insan hüququ” vəd edənlər illər boyu yüz minlərlə insanın ən adi ibtidai hüququnu-öz torpağında yaşamaq hüququnu gözardı edib, sadəcə öz maraqlarını güdürdü. 

İndi isə əlləri boşa çıxıb, elə Ramiz Mehdiyev və “5-ci kolon”un arxasında dayanan qüvvələlər də bütün təsir imkanları əllərindən çıxan kimi,  ilk növbədə müxtəlif yollarla aldadıb sıralarına cəlb etdikləri şəxslərdən üz döndəriblər.

Elmir 
“Cebheinfo.az”

Açar sözlər: Arif Şahmarlı Ramiz Mehdiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri