Ramiz Mehdiyevin ailəsinə məxsus bankda nə baş verir?
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Bank BTB”nin bank statusunu itirərək bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi geniş müzakirələrə səbəb olub. İctimaiyyətdə xüsusilə bankın əsas səhmdarlarının sabiq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ailəsi ilə əlaqələndirilməsi diqqət çəkir.
Bəs bu qərar hüquqi və maliyyə baxımından nə deməkdir? Ramiz Mehdiyevin ailəsi bu prosesdən nə itirir?
"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli söhbət bank olmayan kredit təşkilatlarından gedir deyib.
“Onların lisenziya statusu aşağı salınıb. Bu isə o deməkdir ki, artıq bank kimi fəaliyyət göstərə bilməyəcəklər. Bankların həyata keçirdiyi əməliyyatları icra etmək və bank əməliyyat sistemlərində iştirak etmək hüquqlarını itirəcəklər”.
İqtisadçı bildirib ki, onlar bununla belə, Azərbaycanda fəaliyyət göstərən çoxsaylı bank olmayan kredit təşkilatlarından biri kimi fəaliyyətlərini davam etdirə biləcəklər:
“Yəni bu qərar onların fəaliyyətinin tam dayandırılması deyil, hüquqi statuslarının bank səviyyəsindən bank olmayan kredit təşkilatı səviyyəsinə endirilməsi deməkdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:230
Bu xəbər 26 İyul 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















