Icma.az
close
up
RU
Ramiz Mehdiyevin Ramanıdakı bağında nə baş verir?

Ramiz Mehdiyevin Ramanıdakı bağında nə baş verir?

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu günlərə hökumətə yaxın media resurslarında Rusiya ilə gizli əlaqə quraraq, Kremlə cəsusluq edən məmurların adıları açıqlanmışdı. Tribunainfo.az xəbər verir ki, həmin siyahıda Prezident Admnistrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, sabiq mədəniyyət naziri Əbülfəz Qarayev, mərhum gənclər və idman naziri Azad Rəhimov, sabiq XİN başçısı Elmar Məmmədyarov və Rəhimovun qaynının adları qeyd edilmişdi.

Bu yazıdan sonra adları çəkilən keçmiş məmurların hamısı açıqlama yayaraq, cəsus olmadıqlarını, onlara “böhtan” atıdlğını bildirmişdilər.

Rusiyaya cəsusluq etməkdə adı çəkilən əsas şəxslərdən biri Mehdiyev idi ki, onun haqqında bu deyilənlər yeni deyil. Hələ uzun illər əvvəl də mediada sabiq PA rəhbərinin Rusiya ilə sıx və gizli əlaqədə olmasına dair xeyli iddialar səsləndirilmişdi.

Tribunainfo.az bildirir ki, bir müddətdir Ramanı qəsəbəsindəki bağ evinə çəkilən Ramiz Mehdiyev, gözdən uzaq qalmağa çalışıb. Lakin son hadisələrdən sonra Ramanıdakı bağ evində hərəkətlilik artıb. Yaxınlıqda yaşayan sakinlərin verdiyi məlumata görə, son iki gündə sözügedən bağ evinə gələnlərin sayı bir qədər artıb.

Onlar əvvəllər belə gəliş-gedişin az olduğunu, ara-sıra müşahidə edildiyini bildiriblər. Qonşular bu intensivliyin səbəbini bilmədiklərini də vurğulayıblar.

Qeyd edək ki, Tribunainfo.az-da bu intensivliyin səbəbini dəqiqləşdirə bilməyib. Güman olunur ki, Rusiyaya cəsusluq məsələsi ortaya çıxdıqdan sonra Mehdiyev özünə yaxın adamları başına toplayaraq, məşvərət edib.

Bu əsnada bildirək ki, Ramiz Mehdiyevin Ramanıdakı bağ evi 32 hektar ərazidə inşa edilib. Həmin torpaq sahəsi onun, həyat yoldaşının və oğlu Timur Mehdiyevin adınadır. Ərazi kənd təsərrüfatı təyinatlı olduğundan, Mehdiyev hətta bir müddət istifadə etdiyi bağ evi üçün Kənd Təsərrüfatı Nazirliyindən subsidiya da alırmış.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 13 Fevral 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see415

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see410

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see317

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see303

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see301

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see294

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see275

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see272

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see272

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see269

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see265

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see260

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see257

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see251

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see248

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see240

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see235

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see230

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see225

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri