Icma.az
close
up
RU
“Nə edə bilərik ki, növbəti Nəzrinlər qurban getməsin?”

“Nə edə bilərik ki, növbəti Nəzrinlər qurban getməsin?”

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Şəxsən mənim özümün 30 yaşlı həyat yoldaşım və 3 yaşlı övladım var. Özümü Nəzrin Mansurlunun yoldaşının yerinə qoyanda elə bilirəm dünya qaranlığa bürünür. Gənc yoldaşımı itirirəm. Bütün günü “ana-ana” deyib ortalıqda ora-bura qaçan 3 yaşlı körpə övladım da anasızlığın acı üzünü görməyə məcbur olur. Bir ömür bu reallığın fəsadlarını qucaqlamağa məcbur qalır.
Dəhşətdir sadəcə. Nəzrin üçün Allahdan rəhmət və behişt diləməklə bərabər, onun yoldaşına səbir və güc, bu körpə yaşda anasız qalan körpəsinə də nə bilim, bilmirəm nə arzu edirəm. Bu yaşda ona ən çox lazım olan şeyi - anasını əlindən alandan sonra Allahdan bunun qarşılığında nə istəyə bilərəm ki? Heç olmasa o körpəni xoşbəxt eləsin necəsə.
Bu zərbənin qarşılığında biz o qardaşa - Nəzrinin yoldaşına necə kömək edə bilərik? Daha da önəmlisi, nə edə bilərik ki, növbəti Nəzrinlər qurban getməsin və növbəti dəfə ailələr bədbəxt olmasın?
İlk olaraq hadisəni düzgün bilməliyik:
Nəzrin xanım burun çəpəri əyriliyindən əziyyət çəkirdi. Həkimlər əməliyyatı uyğun görmüşdülər. Sonra faktiki həkimi (Sənan Mehdiyev) tövsiyə edib ki, onsuz da, necə deyərlər, bıçaq dəymişkən, gəl burundakı kiçik nöqsan var, onu da aradan qaldıraq. Nəzrin xanımgil də deyiblər, necə məsləhətdir.
Sonra isə əməliyyat baş tutur və olanlar olur. Nəzrin xanım evə gedir, səhəri gün kəskin başağrısı və sıxılma hiss edir. Sənan həkimə zəng edib soruşurlar, Sənan həkim deyir ki, normaldır, olan şeydir. Bir gün sonra Nəzrin xanım özündən gedir və təcili yardımla başqa bir xəstəxanaya aparırlar. Xəstəxanaya çatandan cəmi 40 dəqiqə sonra orada şok keçirir. Qoyulan diaqnoz isə Septik Şok diaqnozu olur. Tibb anlayışı olanlar bilir ki, bu diaqnozun loru dildə izahı “Allah rəhmət eləsin” deməkdir.
Ailəsi min bir ümidlə gözləyir, 2 yoxsa 3 gün koma vəziyyətində qalandan sonra isə Nəzrin xanımın ürəyi də dayanır və ölümü tam təsdiqlənir.
Bu Sənan həkim kimdir, nəçidir, bunu dövlətin aidiyyatı orqanları araşdırsın. Onun əlindən can verən Leyla adlı başqa bir gənc xanım da olub. Bu adam peşə öhdəliklərini yerinə yetirə bilmirsə, cəmiyyətin başına dikilmiş ətkəsən maşındırsa, bunu ifşa etməli, vəzifəsindən də birdəfəlik uzaqlaşdırmalıdırlar. Bu, işin dövlətin öhdəliyində və səlahiyyətində olan hissəsidir.
Bəs, biz nə edə bilərik?
Bir vətəndaş olaraq mövqe qoyarkən maksimum doğru mövqe qoymalı, diqqəti yanlış məqamlara yayındırmamalıyıq. “Gül kimi qızdır, ona plastik əməliyyat nə lazım idi?”. Bu sual yersizdir. Hər şeydən öncə, dediyim kimi, xanım rinoplastika üçün getməyib ora, çəpər əyriliyini HƏKİM TÖVSİYƏSİ İLƏ aradan qaldırmaq üçün gedib. Amma lap rinoplastika üçün getmiş olsa belə, bu nə qeyri etik işdir, nə illeqal işdir. Bunun müzakirəsi dinc vaxtda, elə-belə kofe içərkən mümkündür. Ortada ölüm halı olarkən, o hənanın yeri deyil. Çünki bu halda problemi fərdilikdən çıxarıb sosial miqyasa qaldırırıq və Sənan həkim kimi şübhəli həkimlərin əppəyinə yağ sürtürük. Onların istədikləri elə budur ki, adları hallanmasın. Adı hallanan şey plastik əməliyyat olsun. İnsanlar hansısa tibbi prosesi söysünlər, o həkimi yox.
Buna bir vətəndaş olaraq yol verməməliyik. Həm cəmiyyət naminə, həm də o yuvası dağılmış qardaş və onun yetim qalmış körpəsi naminə. Çünki onun yerində sabah biz də ola bilərik. Bizim əzizlərimiz də ola bilər. 
Burada üzərinə sadə vətəndaşdan daha çox öhdəlik və məsuliyyət düşən kəsim isə media nümayəndələridir. Onlar bu məsələni gündəmdə saxlamaq üçün - amma düz formada gündəmdə saxlamaq üçün səy göstərməli, çəkici bir mismara vurmağı bacarmalıdırlar.
Təəssüf ki, Azərbaycanda bəzi işlər yalnız o halda operativ şəkildə yoluna qoyulur ki, o hadisə ictimailəşir və rezonans yaradır. Media nümayəndələri buna çalışmalıdırlar ki, gündəmi hansısa müğənni, aktyor, hansısa düşük bir bloger zəbt edə bilməsin.  
Gündəmdə bu suallar olmalıdır:
Sənan Mehdiyev kimdir? O niyə xəstəni əməliyyat etməzdən dərhal əvvəl analiz tələb etməyib və 1 ay əvvəlki analizlərlə kifayətlənməli olub? Əməliyyatdan sonra kəskin baş ağrısı olarkən o niyə deyib ki, “olan şeydir”? Xəstə Septik Şok diaqnozu ilə (“Allah rəhmət eləsin” diaqnozu) süni nəfəs aparatında yatanda niyə bu həkim zəng edib xəstə yaxınlarına “onun dəyərlərində heç bir problem yox idi, narahat olmayın” deyib? Niyə bütün narahatlıqlara baxmayaraq, xəstə yaxınlarını razı salmaq üçün dəridən qabıqdan çıxıb ki, sanki hər şey qaydasındadır? Nəzrindən əvvəl bu həkimin əlində can verən Leyla niyə can verib? Xəstə əməliyyatdan 48 saat sonra evə buraxılmalı ikən, niyə tez-tələsik cəmi 12 saat sonra evə buraxılıb? Nədən qorxulub? Nə gizlədilməyə çalışılıb? Yoxsa, Qroznıya uçan təyyarənin aqibətini bildiyi üçün onu Xəzərə yönəldən Rusiya kimi, bu həkim də olacaqları bildiyi üçün “xata başımdan uzaq olsun” deyərəkmi Nəzrini evinə göndərib?
Bax bu suallara cavab axtarmalıdır media nümayəndələri və jurnalistlər.
Məncə, o 3 yaşda anasız qalmış körpənin haqqını axtarmaq və almaq təkcə dünyası yıxılımış, sökülmüş atasının işi deyil, hər birimizin işidir.
Yusif Nəbiyev, sosioloq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 Yanvar 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1198

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see164

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see131

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see115

Anası ilə bağlı hədiyyə Zülfiyyəni ağlatdı Video

15 İyul 2025 12:56see114

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see113

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see113

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see112

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see111

İranla Rusiya arasında əlaqələr PİSLƏŞİB

15 İyul 2025 18:40see111

Tramp: Zelenski Moskvaya atəş açmamalıdır KONKRET

15 İyul 2025 21:54see110

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see110

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see110

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

15 İyul 2025 15:12see110

Zelenski Trampdan Moskvaya zərbə endirmək üçün silah istədi: Versəniz, vurarıq

15 İyul 2025 14:04see109

Parlamentdə İmamverdi İsmayılovun hekayəsindən sitat gətirdi Video

15 İyul 2025 13:38see109

Tələbə köçürməsinə start verildi

15 İyul 2025 13:45see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri