Nə istixana tikdi, nə də soyuducu aldı İldə 44 min manat qazanır
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hindistanda yaşayan 52 yaşlı qadın qeyri-adi üsulla göbələk yetişdirərək uğurlu təsərrüfat qurub.
“Yeni Sabah” xəbər verir ki, o, yerin 4 metr dərinliyində yaratdığı xüsusi sahədə hər gün 35 kiloqrama qədər məhsul əldə edir.
Karnataka ştatında yaşayan Padmini Qovda enerji xərclərini azaltmaq üçün bu üsula əl atıb. Online alış-veriş
O, 4,1 metr dərinlik və 107 kvadratmetr sahədə beton əvəzinə sink borulardan və 500 mikron qalınlığında polietilen örtükdən istifadə edib. Torpağın istiliyi qoruma xüsusiyyəti sayəsində istehsal sahəsi havanın temperatur dəyişikliklərindən az təsirlənir. Qadın burada temperaturu 32-33 dərəcə, rütubəti isə 85-100 faiz arasında saxlayır.
Beləliklə, qışda soyuqdan qorunur, yayda isə göbələklərin yetişməsi üçün münasib şərait yaranır.
Padmini əsasən süd göbələyi yetişdirir. Bu məhsul yüksək qida dəyərinə malikdir və vegetarian qidalanmaya üstünlük verənlər arasında da tələbat görür. Göbələklərin saxlanma müddəti 8-10 gündür. Yetişdirmə üçün düyü samanı, sterilizə edilmiş torpaq və kokos torfundan hazırlanan qarışıqlardan istifadə olunur. Qarışıq xüsusi torbalara doldurulur. Göbələk toxumları əvvəlcə qaranlıq otaqda inkişaf etdirilir, daha sonra torbalar yeraltı istehsal sahəsinə yerləşdirilir. Məhsul mərhələli şəkildə yığılır. Hər torbadan iki dəfə göbələk əldə etmək mümkündür.
4 min 800 torba tutumuna malik təsərrüfatda gündəlik 30-35 kiloqram, il ərzində isə təxminən 12 ton göbələk yetişdirilir. Padmini Qovda məhsulun bir kiloqramını 200-250 Hindistan rupisinə (təxminən 3,68-4,60 manat) satır.
Qadın sahibkarın illik satış gəliri 2,4 milyon rupiyə (təxminən 44 min 136 manat) çatır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 27 Noyabr 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















