Icma.az
close
up
RU
Nə qədər gec deyil, Kreml bu hadisələrə rəsmi və açıq münasibətlər bildirməlidir

Nə qədər gec deyil, Kreml bu hadisələrə rəsmi və açıq münasibətlər bildirməlidir

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yekaterinburqda Kremlin qəddar əmrlərini həyata keçirən qüvvələr görünür.

Redaktor.az xəbər verir ki, bunu "Report"a Milli Məclisin üzvü Zahid Oruc deyib.

Onun sözlərinə görə, iyunun 27-dən başlayaraq Azərbaycanın bütün hakimiyyət orqanları, eləcə də hüquq-mühafizə sistemi, həmçinin kütləvi informasiya xalqın ümumi rəyini ifadə edir:

"Azərbaycan Rusiyanın bir şəhərində başlayan, hər hansı regional qurumun qərarını deyil, daha çox Kremlin dəst-xəttini xatırladan despotizm, vandallıq, terror, güc tətbiqi ilə məhz milli, etnik və dini əlamətinə görə kütləvi cəzalandırma əməliyyatlarına qarşı müqavimət göstərir. Azərbaycan dövlətinin bütün strukturları həmin gücü tətbiq edənlərin iradəsini qırmaq üçün səfərbər olublar. Azərbaycan tərəfinin haqlı notasının, Baş Prokurorluq tərəfindən açılan cinayət işlərinin bundan sonrakı dönəmdə də Rusiya-Azərbaycan münasibətlərində çox ağır imtahanlara dövlətimiz tərəfindən hazırlıqların görüldüyünü deməyə əsas verir".

Z.Oruc həmçinin diaspor rəhbəri, sahibkarların, xüsusilə də böyük imkanlara malik olan azərbaycanlılara qarşı aparılan əməliyyatlara diqqət çəkib:

"Yekaterinburqda yeni Xocalı əməliyyatları aparan və Kremlin qəddar əmrlərini həyata keçirən qüvvələr görürük. Düşünürəm ki, xüsusilə də Vətən müharibəsində Rusiya əsgərini qarşımızda görməməyi müəyyən qədər ənənəvi Pyotr siyasətindən kənara çıxmaq kimi dəyərləndirirdik. Rusiyanın loyallığını, müəyyən qədər neytrallığını, həm də Azərbaycan dövlətinin, xüsusilə bölgədə Moskva əleyhinə hər hansı beynəlxalq sövdələşmələrə getməməyini, regionda təhlükəsizlik arxitekturalarını qurarkən bölgə dövlətlərinin maraqlarına zərbə vurmamaq xəttinin daha çox nəticəsi olaraq qiymətləndirirdik.

Azərbaycan dövləti bütün iradəsi, siyasi gücü, iqtisadi tədbirləri, qitələrarası transmilli layihələri ilə Rusiya dövlətini neytrallaşdırmağı bacarıb. Lakin görünən mənzərə odur ki, qlobal və kollektiv Qərb təhlükəsi ideologiyası ilə onlara hücum edən və bu işğallara ideoloji baxımdan haqq qazandıran qüvvələr Qafqaz üzərində hökmranlığa cəhdə qayıdırlar. Açıq şəkildə bunu söyləmək mümkündür ki, biz qələbəmizin Rusiya elitasında müxtəlif faşist təmayüllü qüvvələr tərəfindən qətiyyən həzm olunmadığını hər zaman görməkdəydik".

Milli Məclisin üzvü vurğulayıb ki, indiki halda iki ölkə arasında münasibətlərin gərginləşdirilməsində maraqlı olan qüvvələr yeni əlavə təzyiq alətlərini işə salmış olacaqlar:

"Mümkündür ki, prosesləri iqtisadi və humanitar, o cümlədən başqa bir müstəvilərə də keçirməyə çalışsınlar. Lakin Azərbaycan nə 90-cı illərin, nə ötən əsrin əvvəlləri ilə müqayisə olunmayacaq dərəcədə güclüdür. Əgər bu təzyiqlərin arxa planı Azərbaycanı hansısa iradəsi ziddinə proseslərə razı salmaqdırsa, bu, tam əks nəticə verəcək. Bu addımlar dövlətimizə hansısa dərs vermək istəyənləri fikrindən daşındırmalıdır. Nə qədər gec deyil, Kreml tərəfindən bu hadisələrə rəsmi və açıq münasibətlər bildirilməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyul 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see216

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see174

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see169

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see152

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see129

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri