Nə qədər gec deyil, Rusiya Ukraynadan çıxsın... Melnik
Icma.az, Axar.az saytına istinadən bildirir.
Son bir ay ərzində Kiyev hərbi əməliyyatların dinamikasını ciddi dərəcədə dəyişdirib.
Axar.az xəbər verir ki, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik Təhlükəsizlik Şurasının iclasında deyib.
“Hətta rus hərbi blogerləri belə açıq şəkildə etiraf edirlər ki, Moskva bu müharibədə qalib gələ bilməz. Eyni zamanda, Putinin başlatdığı münaqişənin nəticələri getdikcə Rusiyanın özünə də yayılır. Son hadisələr Rusiyanın hava hücumundan müdafiə sisteminin zəifliyini nümayiş etdirdi. Hətta Moskva ətrafında qurulan və Rusiyanın hər yerindən gətirilən sistemlərlə gücləndirilmiş hava hücumundan müdafiə qalxanı belə hərbi hədəflərini qorumağa qadir deyil. Və bu, yalnız başlanğıcdır. Kiyev BMT nizamnaməsinə uyğun olaraq ədalətli və davamlı sülhə nail olmaq üçün Rusiya ilə birbaşa danışıqlara hazırdır. Amma səbrimiz sonsuz deyil. Əgər Təhlükəsizlik Şurası gözləmə mövqeyi tutmağa davam edərsə, Ukrayna təklifini yenidən nəzərdən keçirə bilər. Cəbhə xətti boyunca atəşkəs artıq böyük bir güzəştdir”, - o bildirib.
Melnik Rusiya nümayəndəsinə müraciət edərək Moskvanı ordusunu işğal olunmuş ərazilərdən çıxarmağa çağırıb:
“İşğal etdiyiniz torpaqları heç vaxt ələ keçirə bilməyəcəksiniz. Heç vaxt. Buna görə də çox gec olmadan Ukraynadan mümkün qədər tez çıxın”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 23 İyun 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















