Icma.az
close
up
RU
Nə sərvət topladım, nə də ailə qurdum... Azad Mirzəcanzadə kiminlə qürur duyurdu?

Nə sərvət topladım, nə də ailə qurdum... Azad Mirzəcanzadə kiminlə qürur duyurdu?

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

29 sentyabr görkəmli mütəfəkkir, akademik Azad Mirzəcanzadənin doğum günüdür.

Kulis.az bu münasibətlə Mətanət Vahidin sosial şəbəkədə alim haqqında paylaşdığı fikirləri təqdim edir.

29 sentyabr – düşüncə tərzi və həyat kredosu ilə əksəriyyətdən seçilən akademikin doğum tarixidir.
Bu dəfə Fəxri Xiyabana gedəndə onun məzarı önündə uzun-uzadı dayandım...

Elmi, yaradıcı fəaliyyəti, həyat tərzi, düşüncə arealı mənimçün həmişə maraqlı olan universal zəka sahibinə xüsusən sonuncu kitabı “XXI əsrə gedən yol” (“О пути в ХХI век”) monoqrafiyası ilə tanışlıqdan sonra daha çox heyran olmuşam.
Kitabı oxuduqca düşünmüşəm ki, Azad Mirzəcanzadə təkcə böyük alim deyil, həm də əsl müəllimdir.
Kitabın “Məktəb üçün yox, həyat üçün öyrənirik” adlı on beşinci paraqrafının sonunda alim “sonda isə özüm barədə bir neçə cümlə” qeydi ilə yazır: “Mən 73 yaşıma çatıram. Bu müdriklik çağında yekunlara nəzər salmaq adətdir; üstəlik, gələcək də artıq geridə qalıb. Mən heç nəyə nail olmadım, heç bir uğur qazanmadım. İctimai mövqenin aşağı pilləsində qaldım; nə sərvət topladım, nə də ailə qurdum. Amma bütün bunlara görə peşman deyiləm, heç birinə təəssüflənmirəm. Səbəbi də iddiasızlığımdır. Mənə həmişə irad tuturdular ki, nə yüksək vəzifə sahiblərinə hörmətim var, nə də pula. Qarşıma qarşısında baş əydiyim insanlar da çıxıb, bəşəriyyətin saysız-hesabsız tör-töküntüləri ilə də rastlaşmışam. Həzzi isə başlatdığım ideyaların məntiqi sonluğa çatdırılmasından, elmi ictimaiyyət tərəfindən qəbul edilib böyük iqtisadi səmərə ilə praktikada həyata keçirilməsindən almışam. Mən çoxsaylı tələbələrimlə qürur duyuram...”
Bu sözləri 23 yaşında elmlər namizədi, 29 yaşında elmlər doktoru, 31 yaşında professor, 34 yaşında Elmlər Akademiyasının müxbir üzvü, 40 yaşında isə həqiqi üzvü olan Azad Mirzəcanzadə yazır - şərhə nə gərək var?!
Bilməli olduğumuz hər şeyin öyrədilməsi mümkün deyil; odur ki, əsl müəllim hər şeyi öyrədən yox, öyrənmək üçün yol göstərəndir.

Bu kitabın giriş hissəsində də Azad müəllim qeyd edir ki, mən faktlarla yanaşı, öz mülahizələrimi də təqdim edirəm, amma qoy oxucu da oxu prosesinə öz düşüncəsi, qənaəti ilə qatılsın; çünki bu kitabın məqsədi məlumatlandırmaq, maraqlandırmaq və düşünməyə sövq etməkdir.
Akademik A.Mirzəcanzadə elmdə elə bir cığır açıb ki, özündən sonra bu yolda onlarla davamçısı yetişir. Məncə, o yalnız neft-kimya, nanotexnologiyalar sahəsində deyil, həmçinin dəqiq elmlərlə incəsənətin qovuşağında yazılan “XXI əsrə aparan yol” kitabı ilə də öyrədəndir.
Tələbəsi professor Eldar Şahbazovla bir müsahibənin sonunda “Siz özünüzü dahi hesab edirsinizmi?” sualına Azad müəllim “Mən özümü peşəkar hesab edirəm” cavabını verir.
Azad Mirzəcanzadə özündən sonra hazır cavablardan daha çox, axtarışa sövq edən, nəticəyə yönləndirə bilən düşüncə istiqamətini qoyub.
Onun mülahizələri hələ də oxucunu sual verməyə, nəticələri ilə mövqeyini müəyyənləşdirməyə təşviq edir. Bu isə məncə, ən vacib irsdir - çünki bilik unudula bilər, amma düşünmək vərdişi təfəkkürü diri saxlayır.
Sonuncu kitabının sonunda o, Nazim Hikmətin “Sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa?!” bəndindən sonra fikirlərini A.Puşkinin bir misrası ilə tamamlayır: “Mən çox şey vəd etdim, yerinə yetirdimmi - onu Tanrı bilir.”

Güney Azərbaycanda gənclərin öz hesablarına çap etdirdikləri kitab - Araşdırma “Boşluğa xütbə” filminin yaradıcı heyəti ilə görüş keçirildi Xətai rayonunda İkinci Kəlağayı Festivalı keçirilib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 Sentyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri